Icma.az
close
up
RU
Azərbaycan İstanbul ərzaq sərgisində

Azərbaycan İstanbul ərzaq sərgisində

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin İstanbul şəhərindəki “TÜYAP Sərgi və Konqres Mərkəzi”ndə “WorldFood Istanbul 2025” 33-cü beynəlxalq qida məhsulları və texnologiyaları sərgisi öz işini davam etdirir. Sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan şirkətləri də məhsul və xidmətlərini təqdim edirlər.

KOBİA-nın təşkil etdiyi vahid ölkə stendində Azərbaycanın bal, quru meyvə və çərəzlər, şirniyyat məmulatları, yağlar, meyvə-tərəvəz əzmələri və s. qida məhsulları nümayiş olunur, onların hazırlanması texnologiyaları barədə sərgi ziyarətçilərinə məlumat verilir. Stenddə Azərbaycan brendi olan və dünyanın aparıcı beynəlxalq tədbirləri sırasında yer alan Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi –  “InterFood ­Azerbaijan” da təmsil olunur. Bununla yanaşı, “Caspian Event Organisers”in təşkilatçılığı, “Caspian Event Management” və “ICA Events”in tərəfdaşlığı ilə 5-8 may 2026-cı ildə keçiriləcək növbəti “InterFood Azerbaijan” sərgisinin imkanları və potensial iştirakçılar üçün əməkdaşlıq istiqamətləri barədə stenddə məlumat verilir.

 KOBİA tərəfindən Azərbaycanın əlverişli biznes və investisiya mühitinin təşviqi məqsədilə ölkəmizdə sahibkarların dəstəklənməsi üçün mövcud alətlər, o cümlədən qurumun təmin etdiyi dəstəklər, biznes üçün imkanlar barədə məlumat verilir, müxtəlif çap məhsulları təqdim edilir. Sərgi çərçivəsində Azərbaycan sahibkarlarının müxtəlif ölkələrdən olan iş adamları ilə görüşlər keçirməsi, yeni əməkdaşlıq və ixrac imkanlarına dair müzakirələr aparması üçün vahid ölkə stendində lazımi şərait yaradılıb.

Qeyd edək ki, hər il keçirilən “World­Food Istanbul” sərgisi regionun nüfuzlu beynəlxalq qida sərgilərindəndir. Bu il sərgi 100-ə yaxın ölkədən 900-dən çox şirkəti bir araya gətirib. Sərgi bu gün öz işini başa çatdıracaq.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see292

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see288

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see217

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09 İyun 2026 16:43see214

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see211

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see198

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see183

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see180

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03see180

U 21 qırğızlarla bacarmadı

09 İyun 2026 21:09see173

ABŞ nin nüvə aviadaşıyıcısında hərbçi güllələnərək öldürüldü

09 İyun 2026 18:03see171

“Liverpul” Konatenin yerinə dörd müdafiəçini nəzərdən keçirir

10 İyun 2026 05:17see169

“Qəbələ” legionerini göndərdi

09 İyun 2026 22:07see167

Aİ səfirləri Rusiyaya qarşı 21 ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar

10 İyun 2026 03:09see166

İran Trampın hədəsinə CAVAB VERDİ

10 İyun 2026 00:41see166

Daha bir klub Asensioya “elçi düşdü”

09 İyun 2026 20:07see164

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see164

Vens: ABŞ İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

10 İyun 2026 05:02see162

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see160

Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir

10 İyun 2026 05:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri