Icma.az
close
up
RU
Azərbaycan 42 ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan 42 ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbul, Türkiyə – 13–16 dekabr 2025 — Azərbaycan Respublikası 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində uğurla iştirak edir. Qeyd edək ki, Azərbaycan ötən il bu mötəbər tədbirdə “Fəxri qonaq ölkə” statusu ilə təmsil olunub. TÜYAP Sərgi və Konqres Mərkəzində təşkil edilən sərgi Azərbaycan–Türkiyə ədəbi və mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından da mühüm hadisə kimi dəyərləndirilir.

525.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə qurulan milli pavilyonda azərbaycanlı yazıçılar, nəşriyyatlar və mədəniyyət sahəsinin nümayəndələri iştirak edirlər. Pavilyonda klassik və müasir Azərbaycan ədəbiyyatına aid nəşrlər, eləcə də son illərdə çap olunmuş kitablar nümayiş etdirilir.

Sərgi çərçivəsində Azərbaycan stendində müxtəlif ədəbi və mədəni proqramlar həyata keçirilir, kitab təqdimatları, panel müzakirələri və imza günləri təşkil olunur. Bu tədbirlər ziyarətçilərin Azərbaycan ədəbiyyatı və mədəni irsi ilə daha yaxından tanış olmalarına şərait yaradır.

Sərgi çərçivəsində Azərbaycan stendində “Azərbaycan ədəbiyyatı və ortaq türk dili” mövzusunda panel müzakirəsi təşkil olunub. Samir Abbasov, Şəmil Sadiq və əsəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Seyfəddin Hüseynlinin çıxışçı olduqları paneldə tanınmış şairlər, ədəbiyyatşünaslar, yazıçılar, nəşriyyat nümayəndələri və mədəniyyət sahəsinin mütəxəssisləri iştirak ediblər.

Panel müzakirəsində Azərbaycan ədəbiyyatının ümumtürk ədəbi məkanında tutduğu yer, ortaq türk dilinin formalaşması və inkişafında klassik və müasir Azərbaycan ədəbiyyatının rolu, eləcə də türk xalqları arasında ədəbi əlaqələrin gücləndirilməsinin əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb. Çıxışçılar dil birliyinin mədəni inteqrasiyanın əsas dayaqlarından biri olduğunu vurğulamış, ortaq terminologiya, qarşılıqlı tərcümə fəaliyyəti və nəşriyyat əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd etmişlər.

Sərgi günlərində Azərbaycan nümayəndə heyəti Türkiyənin müvafiq dövlət qurumlarının, nəşriyyat evlərinin və mədəniyyət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirir, kitab sənayesi və ədəbi əməkdaşlıq sahəsində mövcud imkanlar və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparır.

Azərbaycanın 17 dekabradək davam edəcək 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində uğurlu iştirakı milli ədəbiyyatın beynəlxalq müstəvidə tanıdılması, mədəni diplomatiyanın gücləndirilməsi və Azərbaycan–Türkiyə arasında ədəbi əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri