Icma.az
close
up
RU
Azərbaycan sahibkarları “WorldFood Istanbul 2025” sərgisində məhsullarını təqdim edirlər

Azərbaycan sahibkarları “WorldFood Istanbul 2025” sərgisində məhsullarını təqdim edirlər

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində “TÜYAP Sərgi və Konqres Mərkəzi”ndə “WorldFood Istanbul 2025” - 33-cü Beynəlxalq Qida Məhsulları və Texnologiyaları Sərgisi keçirilir.

Bu barədə AZƏRTAC-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Sentyabrın 2-5-dək keçirilən sərgidə KOBİA-nın dəstəyi ilə Azərbaycan şirkətləri də məhsul və xidmətlərini təqdim edirlər.

KOBİA-nın təşkil etdiyi vahid ölkə stendində Azərbaycanın bal, quru meyvə və çərəzlər, şirniyyat məmulatları, yağlar, meyvə-tərəvəz əzmələri və s. qida məhsulları nümayiş olunur, onların hazırlanması texnologiyaları barədə sərgi ziyarətçilərinə məlumat verilir.

Eyni zamanda, stenddə Azərbaycan brendi olan və dünyanın aparıcı beynəlxalq tədbirləri sırasında yer alan Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” da təmsil olunur. “Caspian Event Organisers”in təşkilatçılığı, “Caspian Event Management” və “ICA Events”in tərəfdaşlığı 2026-cı il mayın 5-8-də keçiriləcək növbəti “InterFood Azerbaijan” sərgisinin imkanları və potensial iştirakçılar üçün əməkdaşlıq istiqamətləri barədə stenddə məlumat verilir.

Stenddə KOBİA tərəfindən Azərbaycanın əlverişli biznes və investisiya mühitinin təşviqi məqsədilə ölkəmizdə sahibkarların dəstəklənməsi üçün mövcud alətlər, o cümlədən KOBİA tərəfindən təmin olunan dəstəklər, biznes üçün imkanlar barədə məlumat verilir, müxtəlif çap məhsulları təqdim edilir.

Həmçinin sərgi çərçivəsində Azərbaycan sahibkarlarının müxtəlif ölkələrdən olan iş adamları ilə görüşlər keçirməsi, yeni əməkdaşlıq və ixrac imkanlarına dair müzakirələr aparması üçün vahid ölkə stendində lazımi şərait yaradılıb.

Hər il keçirilən “WorldFood Istanbul” sərgisi regionun nüfuzlu beynəlxalq qida sərgilərindəndir. Bu il sərgi 100-ə yaxın ölkədən 900-dən çox şirkəti bir araya gətirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri