Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

Azərbaycan Karate Federasiyasının rəsmisi: Təmiz idman bizim əsas prioritetimizdir MÜSAHİBƏ

Azərbaycan Karate Federasiyasının rəsmisi: Təmiz idman bizim əsas prioritetimizdir MÜSAHİBƏ

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi Vüsal Abdullazadə dopinqə qarşı mübarizə və təmiz idman prinsipləri mövzusunda AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Son illər dopinq məsələsi idman gündəmində daha çox yer almağa başlayıb. Azərbaycan Karate Federasiyası bu problemə necə yanaşır?

- Doğrudur, dopinq bu gün idman ictimaiyyətinin qarşısında duran ən mühüm problemlərdən biridir. Azərbaycan Karate Federiyası olaraq, bu məsələni olduqca ciddi qəbul edirik. Bizim əsas prinsiplərimizdən biri təmiz idman, yəni, ədalətli rəqabət, şəffaf nəticə və sağlam idman mühiti yaratmaqdır. Dopinqə qarşı mübarizə bizim üçün yalnız qayda pozuntusunun qarşısını almaq deyil, həm də gənc idmançılarda düzgün idman təfəkkürünü formalaşdırmaqdır. Bu, həm sağlamlığa, həm də idmanın nüfuzuna birbaşa təsir göstərən məsələdir.

- Yarışlarda antidopinq nəzarəti necə həyata keçirilir?

- Federasiyanın təşkil etdiyi bütün rəsmi yarışlarda Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə əməkdaşlıq edirik. AMADA-nın nümayəndələri yarışlarda iştirak edir, nümunələr götürülür və bütün proses beynəlxalq standartlara uyğun aparılır. Bizim məqsədimiz sadəcə nəzarət deyil, həm də idmançılar arasında məsuliyyət hissini gücləndirməkdir. Onlar bilməlidirlər ki, dopinqdən istifadə etmək həm sağlamlığa, həm də karyeralarına böyük zərbədir.

- Dopinqə qarşı mübarizə yalnız yarış vaxtı ilə məhdudlaşmır. Zaldan kənarda idmançılara necə nəzarət edirsiniz?

- Tamamilə doğrudur. Zaldan kənarda nəzarət dopinqə qarşı mübarizənin mühüm hissəsidir. Çünki bəzi hallarda idmançılar dopinq vasitələrindən yarışdan əvvəl, hazırlıq mərhələsində istifadə edirlər. Bu səbəbdən təkcə yarış günlərini deyil, bütün hazırlıq prosesini əhatə edən yanaşma tətbiq edirik. Federasiya olaraq, idmançılarla fərdi söhbətlər aparır, maarifləndirici seminarlar təşkil edirik. Bu tədbirlərdə dopinq maddələrinin riskləri, hüquqi nəticələri və etik tərəfləri ətraflı şəkildə izah olunur. Məqsəd cəza vermək deyil, düzgün yanaşmanın təşviqidir.

- AMADA ilə əməkdaşlığınız hansı səviyyədədir?

- AMADA ilə əməkdaşlığımız davamlı və sistemlidir. Onların təşkil etdiyi təlimlərdə federasiya nümayəndələri, məşqçilər və idmançılar mütəmadi olaraq iştirak edirlər. Həmçinin bir sıra yarışlarda birgə nəzarət və məlumatlandırma işləri aparırıq. Biz bu əməkdaşlığı çox yüksək qiymətləndiririk və hesab edirik ki, milli federasiyalarla antidopinq qurumlarının birgə fəaliyyəti olmadan uğurlu nəticə əldə etmək çətindir.

- Gənc karateçilər dopinq riskindən necə qorunmalıdırlar?

- Əsas məsələ düzgün tərbiyə və maarifləndirmədir. Gənc idmançıya hələ başlanğıcdan öyrədilməlidir ki, uğur əziyyət, fədakarlıq və təmiz mübarizə ilə gəlir. Dopinq heç bir zaman qalibiyyətin alternativi ola bilməz.

Azərbaycan Karate Federiyası olaraq, gəncləri bu sahədə daim dəstəkləyir, onlara həm texniki, həm də etik baxımdan düzgün yol göstərməyə çalışırıq. Valideynlər, məşqçilər və cəmiyyət də bu işdə aktiv rol oynamalıdır.

- Son olaraq, ictimaiyyətə və idmançılara nə mesaj vermək istərdiniz?

- İdman yalnız medal və nəticə uğrunda yarış deyil, həm də xarakterin yetişməsi və yüksək əxlaqın təcəssümüdür. Dopinq isə bu əsas prinsipləri kökündən pozur və idmanın ruhuna xələl gətirir. Mən bütün idmançılarımıza, xüsusilə gənclərə deyirəm: öz bacarıqlarınıza güvənin, sağlamlığınızı qoruyun və mübarizənizi ədalətli, şəffaf və təmiz şəkildə aparın. Azərbaycan Karate Federasiyası olaraq, yarış meydanında olduğu kimi, həyatın bütün sahələrində hər zaman sizin yanınızdayıq. Yekun olaraq vurğulamaq istəyirəm ki, təmiz idman həm fərdi, həm də kollektiv uğurun əsas sütunudur. Bu yolda federasiya olaraq biz daim dəstək verəcək, idmançılarımızın inkişafı və rifahı üçün əzmlə çalışacağıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see218

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see187

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see145

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see136

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130

Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

14 Yanvar 2026 12:11see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri