Icma.az
close
up
RU
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin "Technion" Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyat elan edir.

BAKU.WS xəbər verir ki, təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. İsrailli mütəxəssislərin keçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə ödənişsiz formada iştirak hüququ əldə edəcək. Hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı mərhələdə iştirak hüququ qazanacaqlar.

Proqrama qəbul olanlara dərslər "Technion" İnstitutunun akademik heyəti tərəfindən onların tədris metodologiyasına əsasən keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 16:00-a qədər dərslər,16:00-dan 21:00-dək praktiki məşğələlər şəklində davam edəcək.

Proqram çərçivəsində "Red Team" (hücum) və "Blue Team" (müdafiə) olmaqla 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır. Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə "Technion" Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://bit.ly/42cZ3eh

Qeydiyyat üçün son tarix 7 may 2025-ci ildir.

Qeyd edək ki, bu günə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimlərindən 280 nəfər məzun olub, hazırda isə 60 nəfər bu sahədə təhsilini davam etdirir. Mərkəz tərəfindən eyni zamanda məzunların məşğulluq imkanlarının artırılması ilə bağlı da təşəbbüslər həyata keçirilir.

Hazırda ilk 180 nəfər məzun arasında işlə təmin olunma göstəricisi 77 %-dir. Mərkəzdə ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, məlumatlandırma, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı istiqamətində də təlimlər keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Aprel 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri