Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan klublarının UEFA reytinqində cari mövsüm təsnifat və pley-off mərhələləri üzrə topladığı əmsal 3,375-ə yüksəlib.
"Cebheinfo.az" xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Niderlandın "Tvente" komandasını 1:0 hesabı ilə məğlub etməsi ilə gerçəkləşib.
Bununla da ölkə təmsilçiləri əsas mərhələyə qədər olan dövr üçün 11 illik rekordu yeniləyiblər. Ağdam klubunun ölkə reytinqinə töhfəsi 1,250-yə yüksəlib və komanda bu göstəricidə "Sabah"a çatıb. "Zirə" 0,625, "Neftçi" isə 0,250 əmsal əldə edib.
Azərbaycan cari mövsümdə UEFA əmsallar cədvəlində bonuslarsız ən çox əmsal qazanan 2 ölkədən biridir. Eyni göstəriciyə malik Latviya ilə ümumi siyahıda 6-cı yeri bölüşdürən Azərbaycan yalnız bonuslar hesabına öndə olan Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərədən geri qalır.
Qeyd edək ki, təsnifat və pley-off mərhələləri üzrə əvvəlki rekord 3,125 əmsalla 2015/2016 mövsümündə qeydə alınmışdı.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:109
Bu xəbər 21 Avqust 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















