Azərbaycan komandalarını təmsil edəcək şəxslər müəyyənləşib
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan komandalarını UEFA turnirlərinin 2025/2026 mövsümünün püşkatma mərasimlərində təmsil edəcək şəxslər müəyyənləşib. SİA xəbər verir ki, bu barədə Premyer Liqa klublarının mətbuat xidmətindən məlumat verilib.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasiminə "Qarabağ"ın Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev və Beynəlxalq Münasibətlər üzrə menecer Vüsal Həsənov qatılacaqlar.
"Sabah"ın baş icraçı direktoru Ramin Həsənov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasında iştirak edəcək.
"Araz-Naxçıvan"ın icraçı direktoru Eldəniz Yusubov, "Zirə"dən isə baş menecer Elman Himayətoğlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimində təmsill olunacaqlar.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü iyunun 18-də, Avropa Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 12 İyun 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















