İngiltərə Premyer Liqası: Qreyin qolu “Tottenhem”ə qələbə gətirdi VİDEO
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Kristal Palas” - “Tottenhem” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, matçın yeganə qolunu 42-ci dəqiqədə Arçi Qrey vurub və bununla da “Tottenhem”ə qələbə qazandırıb. Qonaqların hücumçusu Rişarlison iki dəfə fərqlənsə də, onun 17-ci və 75-ci dəqiqələrdə vurduğu qollar sayılmayıb.
Bu nəticədən sonra “Kristal Palas” 26 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. “Tottenhem” isə 25 xalla 11-ci yerdədir.
Növbəti turda “Kristal Palas” yanvarın 1-də öz meydanında “Fulhem”i qəbul edəcək. “Tottenhem” isə həmin gün səfərdə “Brentford”la qarşılaşacaq.
Baxış sayı:83
Bu xəbər 28 Dekabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















