Icma.az
close
up
RU
Menu

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

Azərbaycan Konstitusiyasında bərabərhüquqluluq: milli və beynəlxalq qanunvericiliyin siyasi hüquqi ekspertizası

Azərbaycan Konstitusiyasında bərabərhüquqluluq: milli və beynəlxalq qanunvericiliyin siyasi hüquqi ekspertizası

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bərabərhüquqluluq - gender məsələsi hüquq və insan haqqlarının cəmiyyətdə kişi və qadın üçün bərabərliyini aşkarlayır. Feminizm XIX əsrdən təşəkkül tapan qadın azadlığı, qadın hüquqları uğrunda mübarizəyə səsləyən ideoloji cərəyan, ictimai-siyasi hərəkatdır. Tarixən labüd olsa da, humanizm baxımından artıq feminizm indi insan hüquqları məsələsinə tam cavab vermir. Bərabərhüquqluluq – gender məsələsi isə həm müasirdir, həm də dövrün tələbatına, insan hüquqları fəlsəfəsinə tam cavab verən elmi istiqamətdir. Feminizm nəzəriyyəsi patriarxal sivilizasiyanın bütün əsas idrakı və praqmatik prinsiplərini tənqid edərək, həmin sivilizasiyanın gender tədqiqatlarından irəli gələn yeni prinsiplərini nümayiş etdirmişdir. Bərabərhüquqluluq - gender nəzəriyyələri isə bu mətndə son elmi istiqamətdir. Qadın hüquqlarının müdafiəsi də gender bərabərliyinin tərkib hissəsidir.

Müasir Azərbaycanda demokratik prinsiplərin bərqərar olmasında, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğunda cinslərin bərabərhüquqluluq məsələsi də xüsusi yer tutur. Ölkəmizdə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamenti tərəfindən ilk dəfə cinslərin bərabərlik hüququ təsbit olunmuşdur. Sonradan bu məsələ keçmiş SSRİ dövründə də ictimai-siyasi həyatın müxtəlif sahələrində istər mərkəzləşdirilmiş, planlı şəkildə, istərsə də “kvota” sistemi ilə müəyyən dərəcədə reallaşma imkanı tapmışdır.
Bərabərlik hüququ 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Milli Məclisi 1992-ci il avqustun 4-də BMT-nin “Qadınların siyasi hüquqları haqqında” Konvensiyasına qoşulmuş, 1995-ci il iyunun 30-da isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvesiyanı ratifikasiya etmişdir. 1998-ci il yanvarın 14-də “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Bilavasitə respublikada bərabərhüquqluq siyasətinə dəstək olan digər bir Qanun isə 2000-ci il martın 6-da imzalanmış “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandır. Müstəqil Azərbaycanda qəbul edilən fərman, sərəncam, qərar, qətnamələr və beynəlxalq hüquqi aktların ratifikasiyası bərəbərhüquqluluq siyasətinin hüquqi təminatına əsas vermişdir.
Bu baxımdan, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya bərabərlik hüququ problemini təsbit edən maddə daxil edilmiş və beynəlxalq hüquq normalarına uyğunluğu ilə qanuniləşmişdir.
Təsadüfi deyil ki, hüquqların bərabərliyi, gender probleminin aktuallığı “Qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Konvensiyanın üz cildində bu sözlərlə öz əksini tapmışdır: “Hər hansı bir ölkənin tam və hərtərəfli inkişafı, bəşəriyyətin rifahı və sülh siyasəti, qadınların bütün sahələrdə kişilərlə bərabər hüquqlar əsasında maksimum iştirakını tələb edir.
XX əsr bərabərhüquqluluq probleminin qoyuluşu və həllində dönüş əsri olmuşdur. Bərabərlik hüquqlarının təmini məsələsi müxtəlif ölkələrin əsas qanunlarında, bir çox digər rəsmi sənədlər və beynəlxalq Konvensiyalarda öz əksini tapmışdır. Bütün səylər cinslərin qarşılıqlı münasibətində hüquqların köklü problemlərini tam həll edə bilməsə də, müəyyən dərəcədə öz müsbət nəticələrini vermişdir.
Demokratik ölkələrdə bərabərhüquqluluq bir normadır. Cəmiyyətdə qadınların da qadir olduğu təşkilatçılıq qabiliyyətindən tam istifadə edilməməsi bir reallıq idi. Müxtəlif sosial mexanizmlərdə qadınlar hərəkatı tarixinin öyrənilməsi, qadınların siyasətdə, istehsalatda, mədəniyyət strukturlarında, iqtisadiyyat, sahibkarlıq sahəsində, firmalar, birliklər və digər təşkilatların yaradılmasında iştirakının elmi təhlili hər zaman tələb olunur. Kişi və qadınların birgə təcrübə mərkəzlərinin yaradılması, bu problemin intellektual səviyyədə dərk olunması da vacibdir. Bütün intellektual güc mərkəzləri də bərabərhüquqluluq mövzusunun, eləcə də ailənin sosial müdafiəsi və uşaq hüquqları sahəsində müvafiq qanunların həyata tətbiqinə dəstək olmalıdır.
Nəzərə yetirək ki, keçmiş Sovet hakimiyyəti illərində vahid kommunist ideologiyasının hakimliyi sosialist sisteminin üstünlüklərini, onun “humanist” təsirini göstərmək üçün keçmiş SSRİ-nin Əsas Qanununda qadınlara kişilərlə bərabər hüquqlar verilmişdir. Belə ki, sosializmlə rəqabətdə üstünlüyü əldən verməmək üçün Qərb də bu yönümdə tədbirlər görmüşdür. Bütün bunların nəticəsidir ki, XX əsrdə Qərb və Şərqin, o cümlədən Azərbaycanın həyatında baş verən ictimai-siyasi və mədəni tərəqqi sahəsində bütün dəyişikliklərdə bərabərhüquqluluq məsələsi də aktual olmuşdur.
Müstəqillik illərində Azərbaycanda bərabərhüquqluluq məsələsi də daim diqqətdə olmuşdur. Bu nəzərdən ilk öncə beynəlxalq qanunvericiliyə nəzər yetirək. BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində deyilir: “Hər bir şəxs irqindən, rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli və sosial mənşəyindən, əmlak, sosial mövqeyindən və digər vəziyyətindən asılı olmayaraq, bu Bəyannamədə elan olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır”.
BMT Baş Assambleyası 10 dekabr 1948-ci il tarixində İnsan Hüquqlarının Ümumi Bəyannaməsini təsdiq etmişdir. 25 iyul 1993-cü il tarixində 171 dövlətin iştirakı ilə Vyana Bəyannaməsində və Ümumdünya Konfransının Fəaliyyət Proqramında bir daha qeyd edilib ki, bərabər hüquqlar insan hüquqlarının əsas göstəricisidir. İnsan Hüquqları Bəyannaməsində cinsin birinin digərinə qarşı hər hansı zor işlədilməsi halları kəskin surətdə pislənir. Bəyannamə dövlətləri xəbərdar edir ki, ailədə və cəmiyyətdə fiziki, cinsi və psixi zərər yetirə biləcək adət, ənənə və ya amillər aradan qaldırılmalıdır. Ailənin və uşaqların hüquqlarının müdafiə mexnizmi, onların hüquqi təlim və təhsili yüksəldilməlidir.
Bərabərhüquqluluq insan hüquqları anlayışında “Human rights of Women” kollektiv hüquq anlayışına aiddir. Kollektiv hüquq elə anlayışdır ki, onu ayrıca bir fərd deyil, kollektiv, birlik, millət həyata keçirir. Misal olaraq insanların sülh, özünümaliyyələşdirmə, sağlam ətraf mühitdə yaşamaq, cinsi, milli və yaş nöqteyi-nəzərindən ayrı-seçkilik aktlarından azad olmaq hüquqlarını göstərmək olar. İnsanların əsas hüquq və azadlıqları insan hüququnun şəxsi, siyasi, sosial, iqtisadi və mədəni sahələrini əhatə edir. Müəyyən edilən bu anlayışlar bir sıra Konstitusiyaların məğzini təşkil edən əsas amillərdəndir.
San-Fransiskoda 1945-ci ildə imzalanmış BMT nizamnaməsi cinsi bərabərhüquqluq birliyini fundamental insan hüquqlarından biri kimi elan edən ilk beynəlxalq sazişdir. Bu saziş o dövrdən başlayaraq bütün dünyada bərabərhüquqluluq statusunu yüksəltməyə yönəlmiş, strategiya, standart proqram və məsələlərinin beynəlxalq aləmdə reallaşdırılmış tarixi ənənəsini yaratmağa kömək göstərmişdir. Uzun illər ərzində BMT-nin bərabərhüquqluluğun inkişaf yönümündə fəaliyyəti dörd istiqamətdə aparılmışdır: 1) hüquqi tədbirlərin həyata keçirilməsi; 2) ictimai fikrin və beynəlxalq fəaliyyətin səfərbər olunması; 3) statistik məlumatların yığılması və təhlili; 4) imkansız qruplara birbaşa köməyin göstərilməsi.
Bərabərhüquqluq vəziyyətinə nəzarət etmək və cinslərin hüquqlarının qorunmasına yardım etmək məqsədi ilə 1946-cı ildə BMT-nin Qadınların Statusu Məsələsi Üzrə Komissiyası yaradıldı. Komissiyanın işi qadınlara kişilərlə bərabər hüquqlar verilməsindən imtina edilən bütün sahələrin aşkar edilməsi idi. Uğurlu fəaliyyət üçün bütün səylərin göstərilməsi, müxtəlif bəyannamələrin və konvensiyaların imzalanması nəticəsində hüquqların tapdanmasının bütün formalarının aradan qaldırılması önəmli məsələ oldu.
Avropa Şurasının “Kişi və qadınların bərabərliyi haqqında” Bəyannaməsi (16 noyabr 1988-ci il) Nazirlər Kabinetinin 83-cü sessiyasında qəbul edilmişdir. Bəyannamə qadın və kişi bərabərliyini onun əsas insan haqlarından biri sayaraq, hər iki cinsin arzu, maraq və imkanlarına lazımi diqqətin ayrılmasından asılı olduğunu, cinsi diskriminasiyanın mövcudluğunu təsdiq edir. Bərabərhüquqluğu bir daha qanunla təsbit edən bu Bəyannamədə deyilir: “Qanuna müvafiq olaraq kişi və qadınlara qarşı eyni münasibətlərin əldə edilməsi strategiyasını hazırlamaq, həmçinin fərdi qabiliyyətlərin və istedadların inkişafı üçün hüquq və imkanlardan istifadəyə münasibətdə bərabərliyin əldə edilməsi vacibdir. Bu strategiyaya görə cinslər arasında de-fakto bərabərliyin əldə edilməsinin münasib ölçüləri fərdi hüquqların müdafiəsini, cəmiyyətdə iştirakı, təhsil hüququnu, ailə və cəmiyyətdə zorakılığın ləğvini, uşaqların hüququnun qorunmasını, iqtisadi müstəqilliyin gücləndirilməsini, informasiyaya və bütün peşə ixtisaslarına girişi təmin edir”.
Bu kontekstlərdən də mili qanunvericiliyə nəzər yetirək:
Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi – referendumla qəbul olunmuş, həmin il noyabrın 27-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konsitusiyası ən ali qüvvəyə malik Qanun olmaqla cinsi diskriminasiyanı qadağan edir. 1995-ci il Konstitusiyasının 25-ci maddəsinin ikinci bölümündə təsbit olunmuşdur ki, kişi ilə qadın eyni hüquqlara və azadlıqlara malikdir. Üçüncü bölümündə isə dövlət irqindən, milliyətindən, dinindən, cinsindən, mənsubiyyətindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Qeyd olunur ki, insan və vətəndaş hüquq və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır.
Azərbaycanda 1995-ci ildə ilk dəfə olaraq cinslər bərabərhüquqluq - rəqabət və seçkiqabağı mühit şəraitində Milli Məclisə seçkilərdə iştirak edirdi. Bu seçkilər qadınların da cəmiyyətdə mühüm rol oynadığını aydın göstərdi. Siyasi və dövlət strukturlarında qadınların təmsilçiliyinin genişlənməsini tənzimləyən, qoruyan, məqsədəuyğun Qanun və ölçülərin olması vacib idi. İdarəetmənin hər bir sahəsində qadınların fəal iştirak etməsi, münasib olaraq onların rəhbər vəzifə tutması dinamikası ölkə Konstitusiyası ilə tənzimlənir.
Azərbaycan Respublikasının Konstitusiyasına 2016-cı ildə təklif edilən dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı il tarixində keçirilən referendumda “Bərabərlik hüququ” adlanan 25-ci maddəyə 3 əlavə müddəa edilərək, 6 müddəada təsbit olunmuşdur. Beləliklə, Konstitusiyanın 25-ci maddəsinin 3-cü müddəası dəyişdirilərək belə yazılıb: “Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.
Qadın hüquqları və azadlıqları Azərbaycan Respublikası Konstitusiyasının “Əsas hüquqlar: azadlıqlar və vəzifələr” bölməsinin 24-71-ci maddələrində əks olunmuş, dövlət tərəfindən bu hüquq və azadlıqların qorunmasına təminat verilmişdir. Burada əsas məsələ həyatın bütün sahələrində qadın və kişilərin təkcə bərabər imkanlarla təmin edilməsində deyil, ən əsası qadının sosial müdafiə obyektindən aktiv hərəkətdə olan şəxsiyyətə çevrilməsində, cəmiyyətdə mövqeyinin köklü surətdə dəyişməsindədir.
Azərbaycan Respublikasının insan hüquqlarına dair bütün qanunları (“Cinayət Məcəlləsi”, “Mülki Məcəllə”, “Əmək haqqında Qanunlar Məcəlləsi”, “Ailə Məcəlləsi”) Konstitusiya əsasında işlənib hazırlanmışdır. Bu qanunlar cinslərin bərabərlik hüquqlarını qoruyur, hətta qadınlar üçün “pozitiv diskriminasiya” hallarına da rast gəlinir. Məsələn, baxmayaraq ki, Konstitusiyada hərbi mükəlləfiyyət barədə heç bir məhdudiyyət nəzərdə tutulmayıb (maddə 76), əslində həkim tibbi personal qadınlar istisna olmaqla, qadınlar hərbi xidmətə çağırılmırlar.
Azərbaycan Respublikası Konstitutsiyasının Əmək hüququnu təsbit edən 35-ci maddəsində deyilir: “Əmək fərdi və ictimai rifahın əsasıdır”. Azərbaycan Respublikasının Əmək Məcəlləsi hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təsdiq edir.
Ailənin, qadınların, o cümlədən 16 yaşına qədər uşaqları olan çoxuşaqlı qadınların əmək hüququ və sosial müdafiəsi Azərbaycan Respublikasının Konstitusiyasında, Əmək Qanunları Məcəlləsində, “Məzuniyyətlər haqqında”, “Vətəndaşların pensiya təminatı haqqında”, “Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında” qanunlarda və digər qanunlarda nəzərdə tutulmuşdur.
Ailə cəmiyyətin xüsusi özəyi və əsasıdır. “Ailə” anlayışı sosioloji və hüquqi ədəbiyyatda müxtəlif cür izah edilir. Sosioloji mənada ailə nigaha, qohumluğa, uşaqların tərbiyə üçün götürülməsinə, qarşılıqlı birgə həyat mənafeyinə əsaslanan insanların ittifaqıdır. Dövlət quruculuğunda onu formalaşdıran insanlar, insanların yetişməsində isə ailə mühüm rol oynayır. Ailə münasibətlərinin tənzimlənməsi əsasən adət-ənənələr çərçivəsində mənəvi normalarla birlikdə hüquqi aktlarda da qərarlaşır. Ailədə qadın da əsas aparıcı funksiya daşıyıcısıdır. Əsrlərlə ailəyə kişi maddi, qadın mənəvi istiqamətdə dayaq durub. Lakin tədricən qadın azadlığı, qadın hüquqlarının bərabərləşdirilməsi ailədə də kişi-qadın hüquqluğunu qanuniləşdirib.
Azərbaycan Respublikası Konsititusiyasının iki maddəsi ailə hüququ münasibətlərinə həsr olunub. 17-ci maddənin I müddəasında cəmiyyətin əsas özəyi olan ailənin dövlət tərəfindən müdafiəsi (hətta “xüsusi” sözü) qeyd olunub: “Cəmiyyətin əsas özəyi kimi, ailə dövlətin xüsusi himayəsindədir”. Göründüyü kimi, ailə, eləcə də əsas olaraq ailə başçılarından biri sayılan qadınların hüquqları konstitusion əsasla təsbit olunub. Cinslər nigaha 18 yaşında daxil ola bilərlər. “Ailə və Nigah haqqında Qanunlar Məcəlləsi”nin 3-cü maddəsi ilə kişi və qadının şəxsi əmlak hüquqlarına malik olması müəyyənləşdirilib. Beynəlxalq hüquq normalarına müvafiq olaraq Azərbaycan qanunvericiliyinə əsasən ailədə tam bərabərlik təmin edilməlidir. Ənənəvi olaraq soyad, yaşayış yeri və s. irsi (partimonial) əsaslarla həll edilir.
“Azərbaycan Respublikasının Ailə Məcəlləsi” 7 bölmə, 20 fəsil, 156 maddədən ibarətdir. 3-cü bölmə, VI fəsil, 29 və 30-cu maddələr ər-arvadın hüquq və vəzifələrinə həsr olunmuşdur. 29-cu maddənin I bəndində göstərilir: “Azəbaycan Respublikası Konstitusiyasında təsbiq edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər”. Analıq-atalıq, uşaqların tərbiyəsini və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvad hüquq bərabərliyi prinsipinə uyğun olaraq birgə həll edilir. Nigah zamanı ər-arvad tərəfindən qazanılmış, əldə edilmiş əmlak ümumi şəxsi mülkiyyət hesab olunur. Boşanma birinin və ya hər ikisinin təşəbbüsü ilə həyata keçirilə bilər, nigah yalnız məhkəmə tərəfindən pozula bilər.
Ailələrin inkişaf dinamikasına nəzər yetirdikdə məlum olur ki, nigahların illik sayı artsa da, boşanmalar çoxalır. Ailənin yükünü, məsuliyyətini daşımaq, o cümlədən ailəni saxlamaq üçün imkanlar da əsas səbəbdir. Digər bir səbəb isə cavanların digər ölkələrə tək gedib, cüt qayıtmasıdır ki, bu da bir sıra hallarda səbəb kimi əsas gətirilir. İlk növbədə, yaşayış üçün qeydiyyata düşmək və daha sonra öz təhlükəsizliyi üçün yerləşdiyi ərazidə kəbinə təminat almaq da səbəblərdəndir. Burada çox incə bir mətləbdə təəssübkeşlik hissinin getdikcə öləziməsi, qızlarımızın taleyinə biganəlik, onların tənhalığı, ləyaqətinin əks cins tərəfindən sayılmaması kimi xarakterik halları da sadalamaq olar. Bu baxımdan belə nəticəyə gəlmək olar:
- nigah azadlıq, müstəqillikdir. Lakin ailədə münasibətlərin, ailə vəziyyətinin tənzimlənməsi, həmçinin ailə-nəsil artımı hər bir ölkə üçün çox gərəklidir;
- qeyri-millətdən olan gəlinlər ötən illərin təzahürüdürsə, qeyri-millət kürəkənlərin getdikcə artması halları da reallıqdır. Bunun isə həm müsbət, həm də mənfi cəhətləri vardır.
Seçki hüququ - Respublikası Konstitusiyasının 56-ci maddəsində göstərilir: “Azərbaycan Respublikası vətəndaşlarının, dövlət orqanılarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır”. Qadınların dövlət idarəetmə strukturlarında bərabər hüquqlarla iştirak etmək və işləmək hüququ isə “Milli Məclisə seçkilər haqqında” və “Prezident seçkiləri haqqında” qanunlarda da nəzərdə tutulmuşdur.
ı) Təhsil hüququ - Azərbaycan Konstitusiyasının 42-ci maddəsində deyilir: “Hər bir vətəndaşın təhsil almaq hüququ vardır”. Bu da qadınla kişi arasında təhsil sahəsində hüquq bərabərliyi yaradır. “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” da bu istiqaməti təsdiqlənmişdir.
i) Sağlamlıq hüququ – Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsi “Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır” müddəası ilə tənzimlənmiş, 41-ci maddəsi isə “Sağlamlığın qorunması hüququ” kimi təsbit olunmuşdur. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ ilə bərabər, sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ da vardır. İqtisadiyyatın, texnikanın inkişafı, eyni zamanda ekologiyaya da öz təsirini göstərir. Torpaqların erroziyası, suyun çirklənməsi, meşələrin qırılması, heyvanların bəzi növlərinin yer üzündən silinməsi, flora və faunada baş verən bütün bu dəyişikliklər cəmiyyətə də təsir edir, həmçinin insanların mənəviyyatına da təsirsiz qalmır. Bütün bunlar isə müxtəlif xəstəliklər törədir, insan sağlamlığına kəskin təsir göstərir. Bu mənada, insanın sağlamlığının qorunması üçün ekoloji tarazlıq pozulmamalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə görə, hər kəsin öz sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Sağlamlıq öz hüquqlarını və istəklərini həyata keçirmək üçün mühüm vasitədir. Səhiyyə sahəsində insanların sağlamlığını tənzimləyən əsas qanunlardan biri də 1997-ci ildə qəbul edilmiş “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunudur.
Nəzər yetirdiyimiz suveren Azərbaycan Respublikası Konstitusiyası və milli qanunvericiliyinin gender ekspertizası haqqında yekun verək:
- Azərbaycan milli qanunvericiliyi ixtisas, sənət, peşə və həyat tərzinə görə fərqləndirmədən, heç bir cinsi ayrı-seçkilik etmədən hər kəsin hüququnu qoruyur. Məhz buna görə Azərbaycan qanunvericiliyi bütün kişi-qadın bərabərliyini tənzimləyən, beynəlxalq humanitar aktlara qoşulmuşdur.
- Belə ki, dünya üçün ümumi xarakterik hal olan bərabərlik hüququ bütün qəbul edilən ölkə qanunlarında nəzərə alınmış, günün tələblərinə və beynəlxalq standartlara uyğun daim yenilənərək işlənilir;
- Qanunların dünyanın tələblərinə uyğun gəlməsi müəyyənləşdirilməklə yanaşı, öz milli xüsusiyyətləri də özündə əks etdirir. Bu məqsədlə müəyyən halların qanunvericilikdə bu və ya digər hüquqi formada əks olunması gender siyasətinə uyğunlaşdırılmışdır;
- XXI əsrdə ümumbəşəri inkişaf yolunda və cəmiyyətin tərəqqisində cinslərin bərabərlik rolu daha da artırılmışdır;
- Dünyanın yeni düzəni əsasında demokratik formullar yaranır ki, məhz onlar da cəmiyyətdə və müasir dünyada qadınların rolunun artırılmasına təkan olur;
- Milli Məclisdə müzakirə olunan qanunların daim gender ekspertizası aparılması məqsədə müvafiqdir (onlayn, oflayn, saytlarda və s.).
Bütün beynəlxalq və milli qanunvericilikdə gender aspektinin olmasına baxmayaraq, bu məsələnin aktuallığı, bərabərlik hüquqlarının müdafiəsi, dəyişən zamana uyğun olaraq qanunlarda da yenilənməsi təqdirəlayiq haldır.

Rəna Mirzəzadə
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Mart 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see153

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see126

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see125

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see122

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see121

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see118

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see117

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see116

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see115

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

23 Aprel 2025 14:05see115

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see115

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see115

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see114

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see114

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see113

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see113

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see113

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

23 Aprel 2025 10:51see113

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see112

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri