Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Azərbaycan könüllülük məktəbi COP29da qızıl dövrünü yaşadı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azərbaycan könüllülük məktəbi COP29da qızıl dövrünü yaşadı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Bəzi insanlar var ki, onlar üçün gördükləri iş zamanı maddi maraq bütün maraqların üzərində gəlir. Bəzi insanlar var ki, işə düzələn zaman sadəcə maaşın nə qədər olmasını müzakirə edir. Bəzi insanlar sadəcə navacibləri azdır deyə illərdi işlədiyi müəssisəni və qurumu bir anda dəyişə bilərlər. Heç kimi buna görə qınamaq olmaz. Bu yaşadığımız kapitalist cəmiyyətin əsas tələblərindən biri olaraq daim bizimlə olacaq bir prosesdir.

Ancaq bəzi insanlar var ki, onlar bütün işləri sadəcə dövlətin, millətin və cəmiyyətin inkişafı, tərəqqisi və dövlətin adı üçün təmannasız görür. Bu gün həmin insanların günüdür. Bu gün 5 Dekabr Beynəlxalq Könüllülər Günüdür.

Azərbaycan xalqı könüllü sözü ilə elə müstəqliyin ilk illərində tanış oldu. Ordusu olmayan böyük qüvvələrin havadarlığı ilə ölkəmizə təcavüzə qalxan Ermənistanın qarşısına elə ilk olaraq könnüllü igidlərimiz əlində silahla çıxdı. Dünya ilk dəfə Azərbaycan xalqının könüllülük mədəniyyətinin formalaşmasını onda anladı. Bəli məhs o gənclər azərbaycanlıların görülən işi nəvacib və vəzifə öhdəlikləri üçün deyil vətən sevgisi üçün könüllü edilə biləcəyini bütün dünyaya bəyan etdi. Həmin könüllülər Azərbaycan uğrunda, ölkələrinin bütövlüyü uğrunda canlarından və sağlamlıqlarından gözlərini bir an belə qırpmadan keçdilər.

Zaman keçdi ölkəmizdə könüllük institutu daha da inkişaf etdi. Müstəqlliyimizin növbəti illərində ölkəmizin iqtisadi qüdrəti sürətlə artırdı. Bu isə ölkəmizə inamı və etibarı artır, beynəlxalq tədbirlərin Azərbaycana həvalə edilməsinə səbəb olurdu. Bu tip tədbirlərin qəbulu zamanı isə təkcə iqtisadi güc, lazımı qədər işçi və kadr ehtiyatının olması kifayyət etmirdi.  Bu zaman dövlətin mənafeyi üçün təmannasız tər tökəcək insanlara və cəmiyyətin avanqard hissəsini təşki edən gənclərə ehtiyac var idi. Elə 90-cı illərdən Azərbaycan uğrunda könüllük mədəniyyətini formalaşdıran xalqımızın içindən yenə də Azərbaycan adı üçün könüllü çalışacan gənclər ordusu formalaşdı.

Hər şey Avroviziya-2012-dən başladı. Ardınca FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-də könüllülərimiz ilk imtahanlarını uğurla vermişdi. 2015-ci il ölkəmizdə təşkil olunana I Avropa Oyunları isə könüllülərimiz üçün uğurla nəticələnən bir yolun başlanğıcı idi. 2016-cı ildən isə dünyanın bir nömrəli yarışlarından olan  Formula 1-in Azərbaycanda təşkili könüllülərimiz üçün bir məktəb rolunu oynadı. Burada olan könüllülərimiz öz bacarıqları ilə nəinki azərbaycanlıları xaricdən  gələn qonaqları da heyran etməyi bacardı. Daha sonra İslam Həmrəylik oyunları, ondan sonra EYOF-2019, ardınca UEFA Avropa Liqasının Bakı Finalı saydıqca bitməyən tədbirlər  könüllülərimizin fədakarlığı sayəsində yüksək səviyyədə baş tutmuşdu.

2020-ci il bütün dünya üçün pandemiya ilə yadda qalan il bizim üçün həsrətin sona çatdığı il idi. Həmin zaman dünya Azərbaycan insanın vətən üçün könüllü canından belə keçəcəyini bir daha şahid oldu. Ən müasir silahlara sahib olan ordumuz düşməni 44 gündə doğma torpaqlarımızdan qovdu.  Ancaq cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevində bildirdiyi gözəl bir fikir var: "Müasir silahlarla təkcə iş bitmir. silahları istifadə edən əsgərlərdir, zabitlərdir.” Həmin 44 günlük müharibədə ordumuz əsgər və zabit çatışmamazlığı hiss etmədiyi kimi vətəni üçün könüllü canını verən oğul və qızlarımızında sayı dünyanı heyrətə gətirdi. Elə müharibədən öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çox sayda müraciət oldu. Yenə Azərbaycan insanı vətəni uğrunda könüllü şücaət göstərmək əzmində idi. Beləcə biz bu müharibəni qalib gəldik.

Vətəni düşmənlərdən qorumaqla yanaşı eyni zamanda da onun təbiətini flora və faunası qorumaqda bir vətən borcudur. 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyəti ilə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyətə başladı. Təşkilat qısa zaman ərzində ətrafına böyük könüllülər ordusu toplamağı bacardı. IDEA ictimai birliyinin təşəbbüsü ilə respublikada 5 milyondan çox ağac əkilmişdir. O cümlədən ağacların kəsilməsinin qarşısının alınması tədbirləri, sahibsiz heyvanlar üçün sığınacağın təşkili, ekoloji tədbirlər və müsabiqələrin keçirilməsi, sənaye və məişət tullantılarının azaldılması istiqamətində layihələr həyata keçirilir.

 

Azərbaycan könüllük məktəbinin inkişafında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, ASAN-ın, Qan Donorları Assosiasiyasının adlarını cəkdikcə bitməyəcək könüllülər ordusunu öz ətradında birləşdirən onlarca təşkilatın xidmətləri danılmazdır.

2024-cü ildə isə ölkəmiz dünyanın ən böyük konfranslarından birinə ev sahibliyi etdi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının təşkili  məhs Azərbaycana həvalə olundu. Bəli bu tipli tədbiri qəbul etmək üçün ölkənin ciddi siyasi nüfuzu, iqtisadi resusları hərtərəfli gücü olmalı idi. Belə güc toplusunun ölkəmizdə mövcud olması ilə əlaqədar olaraq bu tədbiri Azərbaycanımıza həvalə etdilər. COP29-un həmi "Mavi zona” həm də "Yaşıl Zona” tədbirlərində iştirak etmiş bir şəxs kimi onu deyə bilərdim ki,  Azərbaycan könüllülük məktəbi COP29-da qızıl dövrünü yaşadı. Könüllülərimiz fədakarlığı, yüksək intellektual səviyyəsi ilə, işə can yandırmağları ilə dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələri sözün həqiqi mənasında heyran qoydular. Bu tədbirdə mənin diqqətimi ən çox çəkən məqamlardan biri isə hər bir könüllünün ümumi tədbirin keçirildiyi məkan haqqında yüksək informasiyaya sahib olması idi. Məkanın bir ucunda xidmət göstərən könüllü digər ucunda olan zal haqqında sanki həmin zalın ətrafında xidmət göstərən könüllü kimi məlumat verirdi. Gördükləri iş zamanı nə qədər yorulsalarda üzlərindəki ifadə ilə bunu biruzə vermirdilər. Daim yorğunluğu arxa plana atıb hər gələn tədbir iştirakçısına xoş sima ilə gülərüz münasibət göstərirdilər. Onlar fəaliyyətləri ilə Azərbaycan adlı evimizin qonaqlarını öz şəxsi evlərinə gələn qonaq kimi qarşılayıb, yola salırdılar. Azərbaycan mentalitetinin qonaqpərvətliyinin ilk təcəssümü elə COP29-da fəaliyyət göstərən könüllülərin simasında gördük.

Nəzərbəy Hacıağayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 Dekabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri