Azərbaycan Kuboku: final matçı ilk dəfə bu stadionda...
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Feysbuk hesabında yazıb.
O, bu xəbərin hər kəsin ürəyincə olacağını bildirib:
"Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan gənclər və idman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək".
Qeyd edək ki, təqvimə əsasən Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-nə planlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:Azərbaycan Kuboku bu stadionda keçiriləcək İdmanXəbər
09 Yanvar 2025 18:00
İngiltərə Kuboku matçı zamanı stadionda azarkeş dünyasını dəyişib
12 Yanvar 2026 18:58
Azərbaycan Kuboku: Final oyununun stadionu bilindi
09 Yanvar 2025 18:26
Final matçının təyinatları açıqlandı Azərbaycan Kuboku
12 May 2026 15:19
Azərbaycan Kuboku: “Sabah” ilk dəfə qalib oldu
01 İyun 2025 00:19
Baxış sayı:54
Bu xəbər 17 Sentyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















