Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Azərbaycanda istixanaların sonu gəlir?

Azərbaycanda istixanaların sonu gəlir?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda istixana təsərrüfatları daxili bazarın tərəvəz məhsulları ilə təmin olunmasında mühüm rol oynayır. 

Lakin istehsal xərclərinin, xüsusilə enerji, gübrə, toxum və digər zəruri resursların qiymətinin artması fermerlərin fəaliyyətinə təsirsiz ötüşmür. 

Bu amillər məhsulun maya dəyərinin yüksəlməsinə, istehsalçıların gəlirlərinin azalmasına və satış qiymətlərinə təsir göstərə bilər.

Eyni zamanda, yerli məhsulların xaricdən idxal olunan tərəvəzlərlə rəqabət aparması da aktual məsələlərdən biridir. Bu baxımdan istixana təsərrüfatlarının mövcud vəziyyəti və sahənin inkişaf perspektivləri diqqət çəkir.

Bəs Azərbaycanda istixana təsərrüfatlarında istehsal xərclərinin artması fermerlərin fəaliyyətinə və məhsulun maya dəyərinə necə təsir edir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-eksperti Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda istixana təsərrüfatlarında istehsal xərclərinin artması bu sahədə fəaliyyət göstərən fermerlərin rəqabət imkanlarını getdikcə məhdudlaşdırır:

“İstixana istehsalı açıq sahə əkinçiliyindən fərqli olaraq daha çox enerji, su, gübrə, bitki mühafizə vasitələri və əmək resursları tələb edir. Xüsusilə qaz və elektrik enerjisinin qiyməti, idxaldan asılı olan toxum və aqrokimyəvi vasitələrin bahalaşması məhsulun maya dəyərinə birbaşa təsir göstərir. Məsələnin əsas çətinliyi ondadır ki, istehsal xərclərinin artmasını fermer hər zaman satış qiymətinə əlavə edə bilmir. Çünki bazarda alıcının ödəmə qabiliyyəti və xaricdən gətirilən məhsulların qiyməti də nəzərə alınmalıdır.

Nəticədə fermer ya mənfəət marjasını azaltmağa, ya da istehsal həcmini ixtisar etməyə məcbur qalır. Bu isə xüsusilə kiçik və orta istixana təsərrüfatlarının maliyyə dayanıqlığını zəiflədir. Digər tərəfdən, istixana məhsullarının maya dəyərinə təsir edən mühüm amillərdən biri də istehsalın mövsümi xarakteridir.

Qış aylarında məhsul yetişdirmək üçün daha çox istilik enerjisi tələb olunur. Halbuki fermerlər bütün il ərzində eyni satış qiymətini əldə edə bilmirlər. Mövsüm ərzində məhsul bolluğu yarananda qiymətlər aşağı düşür, bəzən satış qiyməti istehsal xərclərini belə qarşılamır. Belə vəziyyət fermerin həm cari xərclərini ödəməsini, həm də növbəti istehsal dövrünə investisiya qoymasını çətinləşdirir”.

O bildirib ki, bu sahədə dövlət dəstəyinin daha məqsədli mexanizmlərlə genişləndirilməsinə ehtiyac var:

“Xüsusilə enerji xərclərinin optimallaşdırılması, istixanaların müasir istilik sistemləri ilə təchiz olunması, alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması vacibdir. Eyni zamanda, fermerlərin güzəştli kreditlərə çıxış imkanları genişləndirilməli, yerli toxumçuluq və tingçilik inkişaf etdirilməlidir.
Əks halda, istehsal xərclərinin davamlı artması istixana təsərrüfatlarının bir hissəsinin fəaliyyətini dayandırmasına gətirib çıxara bilər.

Yerli istixana məhsullarının xarici məhsullarla rəqabət aparmaq imkanları var. Azərbaycan əlverişli coğrafi mövqeyə, kənd təsərrüfatı ənənələrinə, Rusiya və digər qonşu bazarlara çıxış imkanlarına malikdir. Üstəlik, yerli istehsalçının logistika baxımından müəyyən üstünlükləri mövcuddur. Lakin bu üstünlüklər avtomatik olaraq bazarda rəqabət üstünlüyünə çevrilmir. Xarici istehsalçılar bəzi hallarda daha böyük təsərrüfatlara, müasir texnologiyalara, ucuz istehsal resurslarına və formalaşmış satış şəbəkələrinə malik olduqları üçün məhsullarını daha aşağı qiymətə təklif edə bilirlər”.

Onun sözlərinə görə, rəqabətdə əsas məsələ təkcə məhsulun qiyməti deyil, həm də keyfiyyəti, görünüşü, saxlanma müddəti və bazara fasiləsiz təchizatdır:

“Yerli istixanaların bir qismi müasir texnologiyalardan istifadə etsə də, kiçik təsərrüfatlarda bu imkanlar məhduddur. Nəticədə istehsalın maya dəyəri yüksək, məhsuldarlıq isə bəzi hallarda aşağı olur. Statistik göstəricilər də bazarda idxal təzyiqinin olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycana təzə tərəvəz idxalı əvvəlki illə müqayisədə 29 faiz artıb.

Eyni zamanda, təzə tərəvəz ixracı 18 faiz yüksəlib. Bu, həm daxili bazarda idxal məhsullarının mövcudluğunu, həm də yerli istehsalın xarici bazarlara çıxmaq potensialını göstərir. Məncə, yerli istehsalçıların mövqeyini gücləndirmək üçün ilk növbədə istixana təsərrüfatlarının texnoloji yenilənməsinə nail olmaq lazımdır. Kiçik fermerlərin kooperativlər ətrafında birləşməsi də mühüm əhəmiyyət daşıyır.

Çünki ayrı-ayrılıqda fəaliyyət göstərən kiçik istehsalçılar həm toxum, gübrə və digər vasitələri baha alır, həm də məhsullarını böyük həcmdə bazara çıxarmaqda çətinlik çəkirlər. Kooperasiya bu xərcləri azaltmaqla yanaşı, satış və ixrac imkanlarını da genişləndirə bilər. Bundan başqa, məhsulların çeşidlənməsi, qablaşdırılması, soyuducu anbarlarda saxlanılması və müasir logistika sisteminin qurulması vacibdir.

Fermer məhsulunu yığım zamanı dərhal və aşağı qiymətə satmağa məcbur qalmamalıdır. Məhsulun saxlanması və bazara mərhələli çıxarılması qiymət dalğalanmalarının təsirini azalda bilər. Digər mühüm məsələ ixrac bazarlarının genişləndirilməsidir. Yerli istehsalçılar yalnız daxili bazarın tələbatına uyğun deyil, xarici bazarların standartlarına uyğun məhsul yetişdirməyə də çalışmalıdırlar.

Bunun üçün beynəlxalq sertifikatlaşdırma, məhsulun təhlükəsizliyi, keyfiyyətə nəzarət və ixrac logistikasına dəstək gücləndirilməlidir. Nəticə etibarilə, yerli istixana istehsalını xarici məhsullardan qorumağın ən dayanıqlı yolu idxala inzibati maneələr yaratmaq deyil, yerli istehsalın maya dəyərini aşağı salmaq, məhsuldarlığını və keyfiyyətini yüksəltməkdir”.

Ekspert qeyd edib ki, əgər fermer daha az xərclə daha çox və keyfiyyətli məhsul istehsal edə bilsə, həm daxili bazarda, həm də xarici bazarlarda rəqabət imkanları əhəmiyyətli dərəcədə artacaq.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: istixanalar Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri