Icma.az
close
up
RU
Azərbaycan Kubokunun oyunu zamanı futbolçunun ayağı sınıb AZƏRTAC

Azərbaycan Kubokunun oyunu zamanı futbolçunun ayağı sınıb AZƏRTAC

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Turan Tovuz" və "Sabah" komandaları arasında keçirilən oyunda xoşagəlməz hadisə baş verib.

AZƏRTAC xəbər verir ki, matçın 21-ci dəqiqəsində meydan sahibi komandanın futbolçusu Denis Marandiçi ciddi zədə alıb. Moldovalı müdafiəçi rəqibin hücumunun qarşısını almağa çalışarkən ayağı sınıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Marandiçinin yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub.

Qeyd edək ki, hazırda davam edən görüşdə hesab 1:0 “Turan Tovuz”un xeyrinədir.

seeBaxış sayı:34
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri