Azərbaycan lideri: “Aktau Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb“
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Neft-qaz sektorunda SOCAR ilə "KazMunayQaz" Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb.
Moderator.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Kazinform"a müsahibəsində bildirib.
Prezident 2024-cü ildə tranzit həcminin mərhələli şəkildə artırılması və tariflərin azaldılması haqqında sazişin də imzalandığını xatırladıb.
Azərbaycan Prezidentinin sözlərinə görə, Aktau və Ələt limanları vasitəsilə nəqliyyatın səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi və s. tədbirlər həyata keçirilir ki, bu da Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit yolu kimi mövqeyini möhkəmləndirəcək.
Prezident İlham Əliyev sənaye əməkdaşlığında gəmiqayırma sənayesindəki tərəfdaşlığın da vacib bir sahə olduğunu diqqətə çatdırıb.
Dövlət başçısı onu da qeyd edib ki, "yaşıl" enerjinin inkişafı ikitərəfli gündəmdə mühüm rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Oktyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















