Icma.az
close
up
RU
“Azərbaycan liderinin nitqini İrəvandan eşitsəniz, bilin ki... Zahid Oruc

“Azərbaycan liderinin nitqini İrəvandan eşitsəniz, bilin ki... Zahid Oruc

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qələbə təqvimimizin 5-ci ilində əsrlərlə məruz qaldığımız torpaq və sərvət itkiləri, məcburi köçkünlük və qaçqınlıq dərdi, daimi inamsızlıq və dərin genetik qorxularımız tarixə qovuşur, yeni qalib milli kimlik erası başlanır. 

Yaxşı xatırlayırıq, 1-ci Qarabağ müharibəsindən sonra “Azərbaycan xalqı döyüşə bilməz” deyən, başqa millətlərə həsəd aparan və natamamlıq kompleksi yaşayan çoxlu insan vardı. Son iki əsrdə biz silahlı düşməndən çox satqınlığa və xəyanətə, səs sürəti ilə yayılan şayiələrə, başıpozuqluğa, içimizdəki inamsızlığa yenilirdik”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçiirilən iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, tariximizdə ilk dəfə, Birinci Şəxs bütün döyüş meydanlarında öndə getdiyi üçün hamı bir axına çevrildi: 

“Yeraltı sərvətlərimiz, yerüstü qüvvələrimiz və göylərdəki ordumuz həndəsi dillə desək, üçölçülü fəzada bir amala yönəldi. 5 oktyabr 2020-ci ildə düşmən xəttinin çətin yarıldığı günlərdə Müdafiə Naziliyinə gələn Ali Baş Komandan məsuliyyətdən gərginlik keçirən generallara deyir:

”Sizə güvənirəm və biz qalib gələcəyik”! Bəli, qalibiyyətin yüzlərlə səbəbi sırasında biri hamısından üstündür-prezidentin qətiyyəti və inamı! Vətən müharibəsinin 44 müqəddəs günü təkcə silahların döyüşü deyil, həm də liderin millətə birbaşa xitabının səlnaməsi oldu. 30 ildir Konstitusiyada yazılan Ali Baş Komandanlıq statusu İlham Əliyevin prezident kimi deyil, müharibədə qazandığı ali hərbi tituldur. 

20 sentyabr 1994-cü ildə neft savaşının udulması ilə 20 senyabr Xankəndi Zəfəri bir amalda birləşdiyi üçün Qələbəmizin birinci müəllifi Ulu öndərdir. Dünyada mövcud 61 münaqişədə nə qalib var, nə də daimi sülh. Azərbaycansa ən qısa müddətdə, ən az itki ilə, ən böyük nəticə qazanan tək dövlətdir”.

Deputatın fikrincə, tarix göstərir ki, hər millətin öz “zəfər dövrü” olur:

"Fransa azadlıq ruhunu Bastiliyanın süqutunda tapdı, alman xalqı Berlin divarını yıxanda bölünən taleləri birləşdirdi, Çanaqqala döyüşü türk xalqının tərsinə gedən taleyini dəyişdirdi. 

Azərbaycan Qurtuluş savaşında tam və qəti qələbə ilə təkcə savaşı qazanmadı, həm də müharibəni bitirməyi bacardı. Bir əsr əvvəl Topçubaşov Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi üçün Vilsona təvəqqe edirdi. Bu günsə ABŞ Prezidenti İlham Əliyevə qalib lider kimi heyranlığını göstərir. Yüz ildə millətimizin statusu dəyişib, indi bizi Kürəkçay müqaviləsini imzalamağa deyil, Vaşinqtonda Qələbə Zirvəsinə dəvət edirlər. 

Tariximizdə ilk dəfədir ki, dinc və könüllü şəkildə Xankəndini tərk etməklə, erməni məsələsi coğrafiyamızdan kənara çıxıb. İndi “Böyük Ermənistan”, “Qafqaz Ermənistanı”, “Türkiyə Ermənistanı”, “dənizdən-dənizə Ermənistan”ı deyil, “real Ermənistan”ı tanıtdırmaq üçün ermənilər Bakıdan qərar gözləyir. Qələbəmizin coğrafiyasını genişləndirən Azərbaycan liderinin nitqini bir gün İrəvandan eşitsəniz, bilin ki, İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb. Ən Böyük Qayıdış bax o olacaq”. 

Vilayət Muxtar 
“Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri