Icma.az
close
up
RU
Zahid Oruc: “Azərbaycan heç vaxt indiki qədər...”

Zahid Oruc: “Azərbaycan heç vaxt indiki qədər...”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“15 iyun milli siyasi təqvimdə yalnız 1993-cü ilin hadisələri ilə bağlı deyil - çarizmdən Cümhuriyyətə, Sovetlərdən müstəqilliyə qədər yüz ilin tarixiləşən simvoludur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri xatırladıb ki, 1920-ci ildə Demokratik Respublika süquta uğradı:

“Lakin plan Azərbaycanı sovetləşdirməklə bitmirdi, həm də yad rəhbərləri xalqımıza hakim təyin etmək idi. Bolşeviklər hakimiyyətinin ilk 13 ilində respublikamıza başçılıq edən 11 nəfərdən yalnız ikisi etnik azərbaycanlı idi. Qalanları erməni, gürcü, yəhudi, ruslardı.

1926-1929-cu illərdə Levon Mirzoyan respublikamıza rəhbər təyin edildi. Daha sonra Ruben Rubenov. Torpaqlarımıza iddiası olan bir xalqın nümayəndələrini gətirib bizə başçı qoyurdular. Nəhayət, yerli kadr Mircəfər Bağırov milli quruculuq və repressiyaları eyni qələmlə imzaladığı üçün tarixdə ziddiyətli şəxs kimi qaldı”.

O qeyd edib ki, iki əsr boyu Azərbaycana ya çarizmin canişinləri, ya qırmızı komissarlar, ya da Moskvanın adamları başçılıq edirdi:

“1969-cu ildə ilk dəfə bir şəxsiyyət həm Azərbaycanın, həm də imperiyanın rəhbəri oldu. Əsil Milli Qurtuluş həmin tarixdən başlanır. Atatürkdən fərqli olaraq, Ulu Öndər altı yüz illik tarixi miras üzərində yox, totalitar  sistemin içindən xalqını gələcək müstəqilliyə hazırlayaraq dövlət qurdu.

Heydər Əliyevin Kremldən Bakıya, oradan Naxçıvana, nəhayət 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı Zəfərimizin təməllərinin qoyulduğu Böyük Qayıdış hadisəsidir.

1990-cı illərdə bir yazıçı parlament tribunasından "Qarabağ heç vaxt indiki qədər bizim olmayıb" demişdi. Halbuki Qarabağ yalnız indi - təkcə işğaldan yox, həm də milli dövlətçiliyimiz üçün iki əsrlik minaya çevrilməsinə son qoyulandan sonra - həqiqətən də heç vaxt indiki qədər bizim olmayıb. Bəli, "erməni məsələsi" Azərbaycan coğrafiyasından kənara çıxarılıb.

Lakin təkcə azad Qarabağ yox, həm də Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb. Bakı da, neft də, torpaqlar da, bayraq da - bir sözlə, müstəqil dövlətin sahibi xalqımızdır. Azadlıq təkcə Sovetlərdən xilas, yaxud 1993-cü ilin xaosundan qurtulmaq deyil, əsil Milli Qurtuluş iki əsrlik savaşın qalibi olmaqdır.

Prezident torpaqlarımızın azadlığından danışanda "mənim dövrümdə yetişən vətənpərvər gənclik" sözünü qürurla vurğulayır. Həqiqətdir, lakin tarixə ədalətlə baxsaq, 1990-cı illərdə Ermənistanın təcavüzünə qarşı vuruşan oğullar da məhz Heydər Əliyevin Sovet Azərbaycanında formalaşdırdığı nəsildir. Onlar məğlub olmadılar. Uduzan rəhbərlər idi”.

Z.Oruc əlavə edib ki, hər iki Qarabağ müharibəsi mahiyyətcə vahid bir savaşdır:

“Birincisi, yarımçıq qalmışdı, çünki Ali Baş Komandansız idi. İkincisi, İlham Əliyevin liderliyi ilə qalibiyyətlə başa çatdı:  hər iki nəslin birgə iradəsindən Qələbə bayrağı ucaldı. Biz Qurtuluşdan Zəfərə gələrək məğlubiyyət və işğala son qoyduq, imperiya paytaxtlarından idarə olunmaqdan, daimi torpaq itkilərindən, ömürlük köçkünlükdən əbədi xilas olduq”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyun 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri