Azərbaycan Malayziya şirkəti ilə metro nəqliyyatı üzrə əməkdaşlıq edə bilər
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev Sinqapura səfər çərçivəsində PSA İnternational şirkətinin Çin üzrə rəhbəri Lye Chee Whye-in rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, bu barədə Ş.Babayev öz sosial şəbəkə hesabında paylaşım edib.
"Görüşdə dəmiryol nəqliyyatı və limanların idarə olunmasında rəqəmsal həllərin tətbiqi ilə bağlı əməkdaşlıq imkanlarının genişləndirilməsi diqqət mərkəzində oldu. Həmçinin SMRT şirkətinin Qrup baş direktorunun müavini və prezidenti cənab Lee Ling Wee-nin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı metro nəqliyyatı istiqamətində birgə təşəbbüslər üçün potensial sahələrin müəyyənləşdirilməsini müzakirə etdik", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 05 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















