Azərbaycan maliyyə ekosistemi kibertəhlükəsizliklə güclənir
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Hazırda 19 kommersiya bankı və milli poçt-rabitə operatoru ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı, 4 bank isə hesab üzrə məlumat xidməti təchizatçısı kimi ekosistemə qoşulmuşdur".
Milli.Az xəbər verir ki, bunu IX Bankçılıq Forumunda Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank Açıq Maliyyə çərçivəsində Open API standartları, məlumat təhlükəsizliyi və müştəri razılığı modellərinin formalaşdırılması üzərində çalışır. Bildirib ki, bu proses maliyyə xidmətlərinin fərdiləşdirilməsi, rəqabətliliyin artırılması və məlumat axınlarının səmərəli idarə olunmasına xidmət edir:
"Mərkəzi Bank tərəfindən yaradılmış Xüsusi Tənzimləmə Rejimi çərçivəsində fəaliyyət göstərən layihələrin real mühitdə sınaqdan keçirilməsi, onların texniki və əməliyyat dayanıqlılığının qiymətləndirilməsi məqsədilə aparılan işlər davam etdirilir. Hazırda I qəbul mərhələsi üzrə 2 iştirakçının sınaq müddəti uzadılmışdır. Bununla yanaşı, II qəbul dövrü üzrə daxil olmuş müraciətlərin təhlili nəticəsində bir neçə layihənin yaxın günlərdə sınaq mühitinə qəbul ediləcəyi gözlənilir".
Qeyd edib ki, innovativ məhsulların tənzimləmə mühitinə daha çevik və mərhələli inteqrasiyasını təmin etmək məqsədilə Xüsusi Tənzimləmə Rejiminə hazırlıq mərhələsi - "Pre-Sandbox"modelinin hazırlanması istiqamətində işlər aparılır.
Həmçinin söyləyib ki, xüsusi tənzimləmə rejiminə müraciətlərin yalnız qəbul dövrləri üzrə deyil, davamlı açıq müraciət ("always open") modeli əsasında qəbulu üçün görülən işlər yekun mərhələdədir:
"Bu yanaşma gələcəkdə maliyyə innovasiyalarının sınaq mühitinə daha çevik və fasiləsiz şəkildə qəbulunu təmin edəcəkdir".
Nəzərə çatdırıb ki, Mərkəzi Bank davamlı olaraq informasiya təhlükəsizliyi standartlarının yenilənməsi, rəqəmsal əməliyyat davamlılığı üzrə tələblərin gücləndirilməsi və təhlükəsizlik risklərinin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirir:
"Bu çərçivədə FinCERT-in fəaliyyəti də hazırda formalaşma və inkişaf mərhələsindədir; komandanın genişlənməsi və yeni mütəxəssislərin qoşulması ilə imkanlar artır, maliyyə bazarı iştirakçıları və digər sektorial CERT-lərlə kommunikasiya kanalları mərhələli şəkildə qurulur və qarşılıqlı əməkdaşlığın təkmilləşdirilməsi üçün tədbirlər görülür. Bu proses kibertəhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinə, informasiya mübadiləsinin səmərəli təşkilinə və mövcud kibertəhdidlərin təhlil edilərək maliyyə bazarı iştirakçılarına operativ təqdim olunmasına imkan yaradır. Təhlil nəticələrinin mübadiləsi risklərin vaxtında müəyyən olunmasına və qabaqlayıcı müdafiə tədbirlərinin planlaşdırılmasına dəstək olur".
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 19 Noyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















