Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Azərbaycan hər gün güclənir

Azərbaycan hər gün güclənir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycançılıq ideyasının təbliği



Bütün imkanlar Konstitusiyanın verdiyi hüquqi zəminə əsaslanır


“Müstəqilliyimizi daha da möhkəmləndirmək yalnız bizim hüquqi borcumuz deyil, həm də Azərbaycanın gələcək nəsilləri üçün ən mühüm məsuliyyətimizdir"



2025-cü ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycan dövlətçiliyinin əsas sütunlarının bir daha vurğulanması baxımından mühüm hadisədir. Bu çərçivədə azərbaycançılıq ideyasının təbliği daha da aktuallaşır. Çünki azərbaycançılıq yalnız milli-mədəni dəyərlər toplusu deyil, həm də hüquqi və siyasi əsaslara söykənən, dövlətin varlığını və vətəndaşın kimliyini müəyyən edən ideologiyadır.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin milli əsaslar üzərində qurulduğunu, xalqın suveren iradəsinin ali olduğunu təsdiqləyir. Bu sənədin hər maddəsində azərbaycançılıq ideyasının izlərini görmək mümkündür: dövlət dili kimi Azərbaycan dilinin qorunması, vətəndaş bərabərliyi, ərazi bütövlüyü və milli birlik prinsipləri bu ideyanın hüquqi ifadəsidir.

Suverenliyin təmin olunması və gücləndirilməsi, xüsusilə də Qarabağın işğaldan azad olunması ilə əldə edilən tarixi zəfər, azərbaycançılığın praktik gücünü və real nəticələrini göstərdi. Bu gün həmin zəfərin hüquqi və ideoloji təməli Konstitusiyada öz əksini tapır.

“Konstitusiya və Suverenlik İli” sadəcə yubiley xarakteri daşımır – bu, milli özünüdərkin, hüquqi savadlılığın və vətəndaş məsuliyyətinin gücləndirilməsi üçün bir çağırışdır. Medianın, təhsil müəssisələrinin, QHT-lərin və vətəndaş cəmiyyətinin bu çağırışa qoşularaq azərbaycançılıq ideyasını daha geniş auditoriyalara çatdırması, milli birliyi və hüquqi şüuru gücləndirəcək.

Bu gün azərbaycançılıq – həm milli, həm də hüquqi kimliyimizdir. Onun təbliği isə hər birimizin həm mənəvi, həm də konstitusion borcudur.

Qeyd edək ki, ilin əvvəlindən bu günə qədər “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində Bakıda və regionlarda azərbaycançılıq ideyasının təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. Milli kimliyin, hüquqi şüurun və vətəndaş məsuliyyətinin gücləndirilməsinə yönələn bu tədbirlər azərbaycançılıq ideyasının təbliği, vətəndaşların hüquqi maarifləndirilməsi və milli birliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdirilməsi gözlənilir.

Yeri gəlmişkən, bu günlərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Azərbaycançılıq ideologiyası və müasir Azərbaycan gənci” mövzusunda tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Ağayrı kənd ümumi orta məktəbin tarix müəllimi Ceyhun Ağazadə və ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən sektor müdiri Azad Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi gənclər sahəsinə də, gənclərin parlaq gələcəyi naminə onlara xüsusi diqqət, qayğı ilə yanaşıb. Onun hakimiyyətə gəlişindən etibarən Azərbaycan gəncliyinə gənclik duyğuları qayıtdı və gənclərimiz bütün dünyada öz sözünü deməyi bacardı. Azərbaycan gəncliyində yeni prinsiplər, mənəvi dəyərlər, həyata yeni baxışlar sistemi formalaşmağa başladı. Məqsəd və vəzifələrinə, fəaliyyətin istiqamətlərinə, sosial tərkibinə görə bir-birindən fərqli, yeni, müstəqil gənclər təşkilatları yaranmağa başladı. Bu gün Ümummilli Lider Heydər Əliyevin kursunun layiqli davamçısı Prezident İlham Əliyev gənclər siyasətində yeni mərhələnin başlanğıcını qoyub. Dövlət başçısı müxtəlif çıxışlarında daima gənclərə arxalandığını açıq şəkildə söyləyib. Ölkəmizdə gənclərə göstərilən etimadın və dəstəyin nəticəsi olaraq bu gün gəncliyin nümayəndələri dövlət orqanlarında, müxtəlif strukturlarda təmsil olunur, cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilir. Dahi şəxsiyyət hər bir azərbaycanlıya Vətəni sevməyi öyrətdi. Bu çağırışı etdi ki, Vətən birdir və hamımız bu Vətən üçün çalışmalıyıq. Azərbaycanın ən çətin günlərində xalqının səsinə səs verərək 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev bütün dünya azərbaycanlılarını vahid ideologiya - azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə çağırdı. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu istiqamətində mühüm addım oldu. Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarının birliyini, həmrəyliyini daha da möhkəmləndirib.

Tarix müəllimi Ceyhun Ağazadə çıxışında, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu vurğuluyaraq, Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi haqqında ətraflı danışıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil edilməsi sahəsindəki əvəzolunmaz xidmətlərindən, eləcə də 1993-cü ildə xalqın təkidli çağırışları ilə hakimiyyətə geri qayıdaraq Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasındakı rolundan bəhs edib, müasir Azərbaycan Respublikasının Konstitusiyasının 1995-ci il noyabrın 12-də qəbul olunduğunu bu gün həmin Konstitusiyanın hüquqi qüvvəsinin işğaldan azad edilmiş bütün ərazilərdə tam bərqərar olduğunu bildirib.

İctimaiyyət üzvləri də bu ilin milli birliyin, hüquqi şüurun və dövlətçilik dəyərlərinin gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu hesab edir.


Milli Məclisin deputatı Elman Məmmədov Sherg.az-a açıqlamasında qeyd edib ki, Konstitusiyamızın prinsipləri arasında Azərbaycanın ərazi bütövlüyü, xalqın iradəsi və hüquqlarının qorunması, dövlətin demokratik idarəetmə sisteminə əsaslanması, həmçinin hər bir vətəndaşın hüquq bərabərliyi və azadlıqları mühüm yer tutur:

seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri