Icma.az
close
up
RU
Türkiyə güclənir, Azərbaycan güclənir ŞƏRH

Türkiyə güclənir, Azərbaycan güclənir ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türk dünyasının gələcəyi təminat altındadır


“İki qardaş ölkə TDT-nin qlobal aktorları kimi ön plana çıxır”


Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü tamam oldu. 1923-cü il oktyabrın 29-da ölkə parlamentinin Ankarada keçirilən iclasında Türkiyə Cümhuriyyəti elan edilib. Birinci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) 158 deputatının hamısı qanun layihəsinin lehinə səs verib. Həmin gün ölkənin ilk prezidentinin seçkiləri baş tutub. O, namizədliyi yekdilliklə təsdiqlənən Mustafa Kamal Atatürk olub. Beləliklə, idarə forması məsələsi həll olunub və Türkiyə tarixində yeni səhifə açılıb. Cümhuriyyət Gününə həsr olunmuş ilk bayram tədbirləri bir il sonra baş tutub və bu əlamətdar gün 1925-ci ildə rəsmi milli bayram statusu alıb. Hər il Cümhuriyyət Günü münasibətilə ölkənin 81 vilayətinin hər birində, eləcə də Türkiyənin xarici nümayəndəliklərində və Şimali Kipr Türk Cümhuriyyətində bayram tədbirləri keçirilir. Eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğanın xalqa müraciəti yayımlanır. Bu dəfə Ərdoğan müraciətində bildirib ki, Türkiyə Cümhuriyyəti tarixinin ən çətin dövrlərindəki məşəqqət və çətinliklərə baxmayaraq, azadlıq və istiqlal uğrunda sarsılmaz əzmlə mübarizə aparan fədakar xalqın son qalasıdır. Ərdoğan Cümhuriyyətin yaranmasının 102-ci ildönümü münasibətilə ölkəsinin 86 milyon vətəndaşını və xaricdəki soydaşlarını təbrik edib: "Mən də ortaq kökləri, mədəni irsi paylaşdığımız bütün dostlarımıza və bu bayram sevincinə öz adımdan və millətim adından minnətdarlığımı bildirirəm". Ərdoğan müstəqillik və milli suverenlik idealını təcəssüm etdirən bu əlamətdar günün Türkiyəyə, xalqa və bütün insanlığa xeyir gətirməsini arzulayıb. O, Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkə, milli azadlıq mübarizəsinə rəhbərlik edən Böyük Millət Məclisinin üzvlərinə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyev də qardaş ölkənin rəhbərinə təbrik məktubu ünvanlayıb. Dövlət başçısı vurğulayıb ki, R.T.Ərdoğanın uzaqgörən və qətiyyətli siyasəti nəticəsində bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir, böyük uğurlara imza atır, beynəlxalq məsələlərdə söz sahibi olan güclü və qüdrətli dövlət kimi tanınır: "Qlobal aləmdə və regionda cərəyan edən proseslərdə fəal və prinsipial mövqeyi, sülhün, sabitliyin bərqərar olması üçün səyləri Türkiyəyə dünyada böyük nüfuz və etimad qazandırıb. Biz qardaş ölkənin hər bir uğuruna sevinir və bundan fərəhlənirik. Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha da dərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin və ardıcıl birgə səylərimizin parlaq ifadəsidir". Prezident bəyan edib ki, bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və müttəfiqliyi eyni zamanda regionda sülhə, təhlükəsizliyə, rifaha və əməkdaşlığa xidmət edən mühüm amildir: "Oktyabrın əvvəlində Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Qəbələyə səfərinizi ən xoş təəssüratlarla xatırlayıram. Sizin Türk dünyasının birliyi və TDT-nin beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində əzmkar fəaliyyətinizi xüsusi qeyd etmək istərdim. Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş və zamanın sınağından çıxmış qardaşlıq münasibətlərimizin və səmərəli əməkdaşlığımızın xalqlarımızın iradəsinə uyğun olaraq daha da genişləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik". 


Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı "Sherg.az"a deyib ki, 1923-cü ilin 29 oktyabrında Atatürkün öndərliyi ilə Türkiyə Cümhuriyyətinin yaradılmasının elan edilməsindən bugünədək iki türk ölkəsi arasında çox isti, qardaş münasibətləri formalaşıb. Alim vurğulayıb ki, bütün dövrlərdə Azərbaycan-Türkiyə əlaqələri "Bir millət, iki dövlət" prinsipinə uyğun irəliləyib:


"Bu gün hörmətli R.T.Ərdoğan və cənab İlham Əliyevin timsalında iki qardaş ölkə münasibətləri ən yüksək səviyyədədir və bizi qane edəcək vəziyyətdədir. Türkiyə Azərbaycan, Azərbaycan da Türkiyə üçün vazkeçilməzdir. Sevincimiz, dərdimiz ortaqdır. İki qardaş xalq arasındakı bağ, sevgi isə dövlətlərarası münasibətlərdən daha öndədir. Türkiyədə Azərbaycana qarşı münasibət çox yüksəkdir və bu, dəyişməzdir. İkinci Qarabağ savaşında Türkiyənin birbaşa dəstəyi nəticəsində biz böyük uğurlar əldə etdik, təhdidləri sovuşdurduq. Qardaş ölkədə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi böyük coşqu və sevinclə qarşılandı. Ona görə də, Türkiyənin güclü olması eyniylə Azərbaycanın güclü olmasıdır". 


Q.Çaxmaqlı vurğulayıb ki, Türkiyənin güclənməsində Azərbaycanın töhfəsi danılmazdır: 

"Biz qardaş ölkəyə böyük investisiyalar qoyuruq. Mərkəzi Asiyanın türk dövlətləri də Türkiyənin güclənməsi üçün dəstəyini əsirgəməməlidir. Türkiyənin qlobal aktora çevrilməsi Türk dünyasının qarantiyası deməkdir. Türkiyə ilə Azərbaycan həm də Türk Dövlətləri Təşkilatının iki açar dövləti, özəyidir. Məhz iki qardaş ölkənin TDT-nin qlobal təşkilat kimi önə çıxmasında rolu böyükdür. Atatürkün məşhur ifadəsi ilə sözlərimi bitirirəm. "Mənim nəşim qara topraq olacaq, amma Türkiyə Cümhuriyyəti əbədiyyən yaşayacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Oktyabr 2025 06:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri