Icma.az
close
up
RU
Yaponiyada Azərbaycan diasporu güclənir

Yaponiyada Azərbaycan diasporu güclənir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;


Azər Niftiyev: "Bu həm də həmin ölkədə güclü lobbi təsirinə malik olmaq deməkdir"


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyanın Osaka şəhərində Azərbaycan icması ilə görüşüb. Görüşdə Yaponiyanın 10-dan çox şəhərində yaşayan soydaşlarımız və ölkəmizi sevən xaricilər iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, soydaşlarımıza Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətimizin beynəlxalq miqyasda təntənəsinə göstərdiyi qayğı barədə məlumat verilib. Diaspor fəaliyyəti sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarından danışılıb. Nəzərə çatdırılıb ki, Osakada keçirilən “Expo 2025”də Azərbaycanın təmsilçiliyi, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan pavilyonunun qurulması ölkəmizin daha geniş arealda tanıdılması baxımından mühüm hadisədir və bu qədər əhəmiyyətli tədbir çərçivəsində icmamızla görüşün təşkili xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Yaponiyadakı səfiri Gursel İsmayılzadə icma ilə keçirilən görüşün əhəmiyyətinə diqqət çəkib və bu görüşlərin icma daxilində şəbəkələşmənin sürətlənməsinə təsirini müsbət qiymətləndirib. Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər Yaponiyadakı Azərbaycan icmasının gördüyü işlərdən, soydaşlarımızın cəmiyyətə uğurlu inteqrasiyasından və diaspor fəaliyyəti sahəsindəki birgə təşəbbüslərin əhəmiyyətindən danışıb. Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov mədəniyyətimizin Yaponiyada tanıdılmasında soydaşlarımızın əvəzsiz xidmətlərini yüksək qiymətləndirib. Yaponiyada yaşayan musiqiçi Gülnarə Səfərovaya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub. Gülnarə Səfərova diaspor fəaliyyətinə görə təltif olunmaqdan böyük qürur hissi keçirdiyini bildirib. Görüşdə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən bəhs edən videoçarxlar nümayiş olunub. Yaponiyadakı Azərbaycan icması ilə görüş fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə davam edib. Soydaşlarımız görüşlə bağlı təəssüratlarını bölüşüb, Yaponiyadakı icmaya göstərilən diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər. İcma görüşü azərbaycanlı və yapon sənət adamlarının birgə iştirak etdiyi konsert proqramı ilə yekunlaşıb. Açıq havada təşkil olunan konsert proqramını “Expo 2025”ə gələn yüzlərlə iştirakçı böyük maraqla izləyib. Azərbaycanlı və yapon sənətkarların ifasında səslənən milli musiqilərimiz, rəqslərimiz qəlb oxşayıb, tamaşaçılar arasında böyük coşqu yaradıb. Konsert proqramı Azərbaycan və Yaponiyanın zəngin mədəniyyətini bir araya gətirən, ortaq dəyərlərə və dostluq münasibətlərinə həsr olunan, iki ölkə arasında mədəni əməkdaşlığa yeni nəfəs verən mədəniyyət bayramına çevrilib. 


Komitə sədri Fuad Muradov Yaponiyaya səfəri çərçivəsində Yamato Universitetinin rektoru və tələbə-müəllim heyəti ilə də görüşüb. Universitetin rektoru Şinji Matsumoto ilə görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi genişmiqyaslı layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda, universitetlə əməkdaşlıq imkanları müzakirə olunub və azərbaycanlı gənclərin Yaponiyada təhsilə böyük maraq göstərdikləri diqqətə çatdırılıb. Çıxış edən Şinji Matsumoto rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti və tədris prosesi barədə danışıb. O, rəhbərlik etdiyi universitetdə azərbaycanlı tələbələrin təhsil almağa artan marağını müsbət qiymətləndirib. Sonra Komitə sədri tələbələrin qarşısında Azərbaycanın müstəqillik tarixi, regiondakı mövqeyi, qabaqcıl ictimai-siyasi dəyərlərə sadiqliyi, demokratiya və zəngin multikultural ənənələrə malik olması barədə dolğun faktlar əsasında məruzə ilə çıxış edib. Yapon tələbələr uzun illər işğal altında olan torpaqlarımızda suverenliyimizin bərpa olunması, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında sülh sazişinə yönələn görüşün təşkili və digər mühüm tarixi-siyasi hadisələrlə bağlı təqdimatı maraqla izləyiblər. Daha sonra azad Şuşada səsləndirilən və Xalq artisti, maestro Yalçın Adıgözəlovun dirijorluq etdiyi konsertdə "Qarabağ şikəstəsi" ifa olunub. Görüş fikir mübadiləsinin aparılması və tələbələrin suallarının cavablandırılması ilə davam edib. Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilən bir sıra kitablar Yamato Universitetinin kitabxanasına hədiyyə olunub. 

Məlumat üçün bildirək ki, Yaponiyada Azərbaycan diasporu 2000-ci illərdə fəaliyyət göstərməyə başlayıb. 1920-ci illərdə Rusiyadan Yaponiyaya İdil-Ural türklərinin miqrasiyası baş verib. Onlar özlərini "tatarlar" və ya "türk-tatarlar" adlandırmış olsalar da, aralarında azərbaycanəsilli şəxslər də olub. 2022-ci ilin məlumatına əsasən, Yaponiyada 157 Azərbaycan vətəndaşı yaşayır. Yaponiya azərbaycanlıları əsasən tələbələr, səfirlik işçiləri, yerli şirkətlərdə çalışanlar və onların ailə üzvlərindən ibarətdir. Yaponiyada az sayda İran azərbaycanlıları da yaşayır. Onların arasında yaponiyalı xanımlarla evli olanlar daha çoxdur. Tokioda böyümüş İran azərbaycanlılarından biri olan Parsi Parsinejad Mirzə Fətəli Axundovun kötücəsidir. 1995-ci ildə yapon türkoloqu, qafqazşünası və azərbaycanşünası Akira Matsunaqa ilə birgə yaradılan Azərbaycan-Yaponiya elmi Tədqiqatlar və Mədəni Əlaqələr Mərkəzi ölkələr arasında mədəni münasibətlərin inkişafına müsbət təsir göstərib. 2000-ci ilin payızında Tokioda Yaponiya-Azərbaycan Dostluğu Cəmiyyəti təşkil olunub. Cəmiyyətin sədri Kanci İşimota idi. O, hələ XX əsrin 60-70-ci illərindən Azərbaycanla tanış olub və türk dilini öyrənib. Cəmiyyətin yaradılmasında məqsəd azərbaycanlılara Yaponiya mədəniyyəti haqqında məlumat vermək, Yaponiyada Azərbaycan mədəniyyəti günlərini təşkil etmək, Azərbaycan Dillər Universitetində yapon dili və ədəbiyyatının öyrənilməsi məqsədilə xüsusi fakültənin açılmasına nail olmaqdan ibarət idi. Turist mübadiləsi də bu cəmiyyətin başlıca məqsədlərindən biridir. Eyni məqsədlərlə Yaponiyada yaradılmış digər cəmiyyət Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətidir. Cəmiyyət 2002-ci ilin noyabrında Naqoya şəhərində təsis edilib. Cəmiyyətə Rəhman Şahhüseynli sədrlik edib. Cəmiyyət mütəmadi olaraq Yaponiyada Azərbaycan haqqında müxtəlif mövzularda tədbirlər, əyləncəli proqramlar, dəyirmi masalar, konfranslar və seminarlar təşkil edirdi. Cəmiyyətin Azərbaycanın Yaponiyada təbliği məqsədilə keçirdiyi layihələrdən biri də "Qafqaz-Xəzər salonu" tanıtma-təbliğat silsilə proqramı idi. 


Siyasi şərhçi, araşdırmaçı-jurnalist Azər Niftiyev "Sherg.az"a bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzu son dövrlərdə əhəmiyyətli dərəcədə güclənib. Ekspert vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra ölkəmiz nəinki liderliyini qoruyub saxlayıb, hətta dünya miqyasında önəmli dövlətlərdən birinə çevrilib: 


"Bu gün Azərbaycan yürütdüyü balanslaşdırılmış və müstəqil siyasətlə dünya güclərinin diqqət mərkəzindədir. Xüsusən, Uzaq Şərq ölkələrinin, Çinin Azərbaycana diqqətini, Pekin-Bakı əlaqələrini, dərinləşən inkişafı vurğulamaq lazımdır. Çin prezidenti Azərbaycan liderini "Çin xalqının dostu" adlandırıb, ölkəmizin "Bir kəmər, bir yol" layihəsində rolunu xüsusi vurğulayıb. O cümlədən Azərbaycanın Yaponiya ilə əlaqələri də genişlənməkdə, inkişaf etməkdədir. Asiyada Yaponiyanın mövqeləri hər zaman yüksək olub. Ələlxüsus, dünyada süni intellektin, texnologiyanın sürətli inkişafı dövründə Yaponiya kimi texnoloji baxımdan yüksək yerlərdə olan bir ölkə ilə əməkdaşlığı dərinləşdirmək olduqca vacibdir. Əlaqələri dərinləşdirməyin mühüm istiqamətlərindən biri də diaspor fəaliyyətidir. Diaspor fəaliyyəti ilə həm ölkə tanıdılır, təbliğ olunur, həm də müxtəlif sahələrdə münasibətlər formalaşır. Diasporumuz öz fəaliyyətini dövlətin xarici siyasətinə müvafiq şəkildə həyata keçirməlidir. Çin və Yaponiyada yaşayan azərbaycanlıların sayı artmaqdadır. Yaponiya Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir. O baxımdan bu ölkələrdə diaspor fəaliyyətinin genişlənməsi, daha da aktiv fəaliyyəti çox önəmlidir. Yaxşı olar ki, Yaponiya kimi ölkədə Azərbaycan diasporu bir qədər də təşkilatlansın, mühitə inteqrasiyanı sürətləndirsin. Bu həm də həmin ölkədə güclü lobbi təsirinə malik olmaq deməkdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:320
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri