Azərbaycan Mastercard la maliyyə inklüzivliyini genişləndirməyi müzakirə edib
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan və "Mastercard" - beynəlxalq kart təşkilatı arasında maliyyə inklüzivliyinin genişləndirilməsi müzakirə edilib.
SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımov "Mastercard"ın sədr müavini və Strateji inkişaf üzrə prezidenti Con Hantsmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş çərçivəsində ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, rəqəmsal maliyyə infrastrukturunun gücləndirilməsi və ödəniş sistemlərinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən təşəbbüslər müzakirə olunub.
Görüşdə həmçinin tərəflər arasında əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilib, 2026–2029-cu illər üzrə strateji əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 16 Yanvar 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















