Icma.az
close
up
RU
İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Mastercard” şirkəti arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "APA-Economics"ə İRİA-dan bildirilib.

Əməkdaşlıq çərçivəsində ölkəmizdə qabaqcıl kibertəhlükəsizlik texnologiyasının tətbiqi, təşkilati və ekosistem səviyyəsində kiberdayanıqlılığın gücləndirilməsi, startapların inkişafı və innovasiyanın dəstəklənməsi, o cümlədən kibertəhlükəsizlik sahəsində peşəkar bacarıqların və liderlik potensialının artırılması nəzərdə tutulur.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Mastercard” şirkətinin rəhbər heyəti ilə görüş zamanı dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini vurğulayaraq bildirib ki, qabaqcıl texnoloji təcrübənin öyrənilməsi və tətbiqi Azərbaycanın rəqəmsal inkişaf və innovasiya sahəsində milli prioritetlərinin reallaşdırılmasına xidmət edir. R. Həsənov, həmçinin qeyd edib ki, “Mastercard”la kibertəhlükəsizlik istiqamətində əməkdaşlığa xüsusi önəm veriləcəkdir: “Əməkdaşlığımızın mühüm istiqaməti kibertəhlükəsizlik sahəsində rəqəmsallaşma, innovasiya və insan kapitalının inkişafı olacaqdır. Ortaq layihələrimizə “Mastercard” şirkətinin aparıcı ekspertləri cəlb olunacaq və Azərbaycandakı həmkarları ilə birgə təcrübə mübadiləsi aparılacaq ”.

“Mastercard” ilə əməkdaşlıq çərçivəsində startapların inkişafını sürətləndirmək məqsədilə kompleks dəstək mexanizmləri həyata keçiriləcək. Bu çərçivədə startapların seçimi və akselerasiyası, maliyyə resurslarına çıxışının təmin olunması, beynəlxalq ekspert və investor şəbəkələrinə çıxış, eləcə də mentorluq və bacarıqların artırılması təmin olunacaq. Eyni zamanda, startapların yerli və qlobal bazarlara çıxışı və kommersiyalaşdırılması üçün geniş imkanlar yaradılacaq.

Bununla yanaşı, Memorandum çərçivəsində regional liderlik və ölkələrarası əməkdaşlıq proqramının reallaşdırılması nəzərdə tutulur. Proqram müxtəlif təşkilatlar, maliyyə institutları və şirkətlərin informasiya təhlükəsizliyi üzrə rəhbər heyətlərinin bir araya gəlməsi, təcrübə mübadiləsi, aktual mövzuların müzakirəsi və xarici dövlətlərlə müvafiq sahə üzrə əməkdaşlıq məqsədini daşıyacaq.

Kibertəhlükəsizlik sahəsində dayanıqlı insan kapitalının yetişdirilməsi də əməkdaşlığın mühüm istiqamətini əhatə edəcək. Belə ki, insan kapitalının inkişafı çərçivəsində təlim proqramları, kibertəhlükəsizlikdə idarəçilik, risklərin idarə edilməsi və komplayens üzrə təhsil və mentorluq proqramları həyata keçiriləcək.

Bu tərəfdaşlıq çərçivəsində Azərbaycanın regional innovasiya və kibertəhlükəsizlik mərkəzi kimi mövqeləndirilməsi, eləcə də daha geniş MDB regionunda dayanıqlılığın gücləndirilməsi, bacarıqların inkişafı, institutlararası əməkdaşlığın və məhsul və xidmətlərin ixrac potensialının təşviqinə yönəlmiş strukturlaşdırılmış regional proqramların həyata keçirilməsi nəzərdə tutulur.

“Mastercard” şirkətinin xidmətlər üzrə baş direktoru Kreyq Vosburq Azərbaycanda rəqəmsal transformasiya, innovasiya və insan kapitalının inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb: “Azərbaycan rəqəmsal texnologiyanın sürətlə inkişaf etdiyi ölkələrdəndir. Zənnimcə, bu əməkdaşlıq təcrübə mübadiləsi baxımından hər iki tərəf üçün faydalı olacaqdır”.

Qeyd edək ki, “Mastercard” 200-dən çox ölkədə fəaliyyət göstərən və əsasən ödəniş sistemləri üzrə ixtisaslaşan qlobal texnologiya şirkətidir. Şirkət qabaqcıl texnologiyalar, kibertəhlükəsizlik həlləri və dataya əsaslanan xidmətlər vasitəsilə təhlükəsiz və inklüziv rəqəmsal əməliyyatların həyata keçirilməsi istiqamətində həllər təqdim edir. “Mastercard” hökumətlərə, özəl sektora və fərdlərə uzunmüddətli və dayanıqlı rəqəmsal ekosistemin qurulmasında dəstək olmaq məqsədilə innovasiya, qlobal tərəfdaşlıq və rəqəmsal infrastrukturun inkişafını təşviq edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 May 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri