Icma.az
close
up
RU
Mastercard və Azərbaycan Mərkəzi Bankı birgə araşdırmanı təqdim edir

Mastercard və Azərbaycan Mərkəzi Bankı birgə araşdırmanı təqdim edir

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası”

Mastercard və Azərbaycan Mərkəzi Bankı  maliyyə sahəsində rəqəmsal transformasiya üçün yol xəritəsini əks etdirən “Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası” adlı birgə araşdırmanı təqdim ediblər. “Nağdsız Azərbaycan” proqramının tətbiqi dövründə  (2017-2023)  kart əməliyyatları altı dəfə artıb. Nağdlaşdırma səviyyəsi 87%-dən 43%-ə düşüb – bu rəqəmlər rəqəmsallaşmanın geniş tətbiqinin göstəricisidir.1 KOB-ların kart ödənişlərinin həcminin 2027-ci ilə qədər ikiqat artacağı gözlənilir ki, bu da daha çox şəffaflığa və inkişafa təkan verəcək.2
 

Bakı, Fevral 2026 — Mastercard Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədini dərc edib. Bu müfəssəl araşdırma rəqəmsal ödənişlərin iqtisadi artımın sürətləndirilməsi, şəffaflığın artırılması və ölkədə maliyyə inklüzivliyinin gücləndirməsindəki rolu  barədə danışır.

Araşdırma Azərbaycanın rəqəmsal iqtisadiyyatının on il ərzindəki tərəqqisini nəzərdən keçirir. Bu sənəddə transformasiyanın növbəti mərhələsi, xüsusilə də rəqəmsallaşma vasitəsilə kiçik və orta bizesin (KOB) gücləndirilməsi önə çəkilir. Araşdırma çoxqatlı tədqiqat metodologiyasına əsaslanır. Belə ki, araşdırma çərçivəsində 810 KOB və 600 istehlakçının iştirak etdiyi iki ölkəmiqyaslı sorğu, tərəfdaşlarla 18 müsahibə, altı fokus qrupu, gizli müştəri təlimləri və 40 ölkədə 60-dan çox təşəbbüsün qlobal müqayisəli təhlili təşkil olunub. Sənəd maliyyə sektorunda rəqəmsal transformasiya üçün təkamülü, mövcud vəziyyəti və gələcək yol xəritəsini özündə cəmləyir. Maliyyə sektoru üzrə siyasət çərçivəsini müəyyən edən tərəflər, maliyyə institutları, KOB və sənayedə fəaliyyət göstərən tərəfdaşlara xitab edən yeni məlumatlar dövlət-özəl əməkdaşlığının milli iqtisadiyyatda yeni səmərəlilik, dayanıqlılıq və rəqabət səviyyələrinin müəyyən olunmasını vurğulayır.

Azərbaycanda rəqəmsal ödənişlərin sürətli inkişafı

Rəqəmsal ödənişlər səmərəli, təhlükəsiz və şəffaf maliyyə əməliyyatlarına imkan yaratmaqla müasir iqtisadiyyatlar üçün mühüm əhəmiyyət kəsb edir. Mastercard və AMB tərəfindən 2017-2023-cü illəri əhatə edən “Nağdsız Azərbaycan” təşəbbüsü  ölkədə rəqəmsal əməliyyatların inkişafına əhəmiyyətli töhfə vermişdir. Müvafiq dövr ərzində kart əməliyyatlarının ümumi dəyəri altı dəfə artıb, nağdlaşdırmanın payı isə 87%-dən 43%-ə1 düşüb. Bu tendensiyalar hökumətin fəaliyyəti nəticəsində nağdız ödənişlərə qarşı münasibətdə köklü dəyişiklik, innovativ texnologiyaların tətbiqi və rəqəmsal infrastrukturun genişlənməsini əks etdirir.

KOB-lar rəqəmsal transformasiyanın mərkəzində

Bu tendensiyanın davamı kimi, Mastercard və AMB-nin araşdırması KOB-ları  Azərbaycanın rəqəmsal iqtisadiyyatının növbəti inkişaf mərhələsinin təkanverici qüvvəsi olaraq vurğulayır. Hazırda təxminən 380.000 KOB-un əlavə dəyərə 17 milyard manatdan çox töhfəsi olsa da, bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir.3 Rəqəmsal alətlərə və ödəniş həllərinin əlçatanlığının təmin olunması KOB-ların yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinə  və iqtisadi əlaqələrinin dərinləşdirilməsinə kömək edə bilər.

Azərbaycan təsirli irəliləyiş göstərsə də, növbəti böyük irəliləyiş pərakəndə satış və KOB ödənişlərində nağd puldan istifadənin azaldılmasındadır. AMB-nin “2024-2026-cı illər üçün maliyyə sektorunun inkişaf Strategiyası” pərakəndə ticarətdə nağdsız ödənişin payının 40%-dən çox olmasını, müştəri köçürmələrində rəqəmsal kanalın payının 90%-i üstələməsini və nağdsız kart əməliyyatlarının ümumi kart əməliyyatlarının 70%-dən çoxunu təşkil etməsini hədəfləyir ki, bu da Azərbaycanın regional rəqəmsal liderlər arasında mövqeyini möhkəmləndirir.4

AMB ilə birlikdə Mastercard-ın rəqəmsal transformasiyanın növbəti mərhələsi üçün baxışı KOB-ların daha dərin iştirakına, daha geniş rəqəmsal ödəiş qəbuluna və maneəsiz əməliyyat təcrübəsinə yönəlib ki, bu da hər bir əməliyyatın daha şəffaf və dayanıqlı maliyyə sisteminə töhfə verməsini təmin edir.

Əməkdaşlığın gələcək inkişafı

Mastercard və AMB-nin birgə araşdırmasında aşağıda sadalanan məqamlarla yanaşı rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi üçün bir sıra praktik tövsiyələr yer alır :

Prosesi asanlaşdırmaq üçün KOB-lar arasında rəqəmsal ödənişlərin qəbulunun genişləndirilməsi Rəqəmsal əməliyyatlar üçün təşviqlərin gücləndirilməsi KOB-lar arasında maliyyə savadlılığının və rəqəmsal etimadın artırılması Dövlət qurumları, banklar və fintex şirkətləri arasında əməkdaşlığın dərinləşdirilməsi

Mastercard-ın AMB ilə tərəfdaşlığı haqqında

Mastercard və AMB 2017-ci ildə “Nağdsız Azərbaycan” proqramının tətbiqindən etibarən rəqəmsallaşmanın inkişafında strateji tərəfdaşlara çevriliblər. Belə ki, təşkilatlar elektron ödənişləri genişləndirmək, kibertəhlükəsizliyi gücləndirmək və maliyyə sektorunda innovasiyaları təşviq etmək üçün bir sıra müştərək təşəbbüslər həyata keçiriblər. Birgə araşdırma bu əməkdaşlığın növbəti mərhələsini təmsil etməklə dayanıqlı inkişafa yönəlib.

İstinadlar:

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), “Mastercard Advisors”un təhlil materialı “Mastercard Advisors”un təhlil materialı Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB)

Mastercard haqqında

Mastercard dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birgə hər kəsin inkiaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşiddə rəqəmsal ödəniş seçimlərini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və yeniliklərimiz, tərəfdaşlıqlarımız və şəbəkələrimiz birləşərək insanlara, müəssisələrə və hökumətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir.

www.mastercard.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Fevral 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri