Icma.az
close
up
RU
“Azərbaycan Mədəniyyəti 2040” Konsepsiyası ilə bağlı media nümayəndələri üçün bilgiləndirmə sessiyası keçirilib FOTOLAR

“Azərbaycan Mədəniyyəti 2040” Konsepsiyası ilə bağlı media nümayəndələri üçün bilgiləndirmə sessiyası keçirilib FOTOLAR

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təsdiq edilib. Yeni Konsepsiya ölkəmizdə mədəniyyət siyasətinin uzunmüddətli strateji çərçivəsini müəyyən edən əsas planlaşdırma sənədidir. 
Yanvarın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində Konsepsiya ilə bağlı media nümayəndələri üçün bilgiləndirmə sessiyası keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini akademik Rafael Hüseynov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri kulturoloq, professor Fuad Məmmədov və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan mədəniyyəti və yeni Konsepsiya ilə bağlı videoçarx nümayiş etdirilib. Sonra tədbir Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə davam edib. 
Çıxışlarda qeyd olunub ki, Konsepsiya milli kimliyə əsaslanan, qlobal çağırışlara cavab verən və mədəniyyəti cəmiyyətin həyat tərzinin ayrılmaz hissəsi kimi dəyərləndirən müasir mədəniyyət modelinin formalaşdırılmasını hədəfləyir. 
Sənəddə mədəniyyət yalnız irsin qorunması kontekstində deyil, eyni zamanda insan kapitalının inkişafı, davranış və bilgi mədəniyyətinin gücləndirilməsi, mədəni və yaradıcı sənayenin iqtisadi potensialının artırılması, rəqəmsallaşma və mədəniyyət diplomatiyasının genişləndirilməsi baxımından strateji resurs kimi təqdim olunur. Konsepsiya mədəniyyət sahəsində vahid idarəetmə yanaşmasının tətbiqini, institusional islahatların aparılmasını və nəticəyönlü fəaliyyət mexanizmlərinin formalaşdırılmasını prioritet istiqamətlər kimi müəyyən edir.
Bildirilib ki, Konsepsiyanın əsas istiqamətlərindən biri Azərbaycan dilinin milli mədəniyyətin əsas birləşdirici amili kimi inkişafı və beynəlxalq səviyyədə mövqeyinin gücləndirilməsidir. Sənəddə dilin yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin, mədəni yaddaşın və strateji mədəni siyasətin əsas dayağı olduğu vurğulanır. Eyni zamanda davranış mədəniyyəti və bilgi mədəniyyətinin inkişafı sağlam, dialoqa açıq və bilik əsaslı cəmiyyətin formalaşdırılması baxımından mühüm prioritet kimi müəyyən edilir; bu sahələr mədəniyyətin gündəlik həyat, ictimai münasibətlər və qərar qəbuletmə proseslərində rolunun artırılmasına xidmət edir.
Diqqətə çatdırılıb ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının 2026–2030, 2031–2035 və 2036–2040-cı illəri əhatə edən üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Hər mərhələ üzrə konkret dövlət proqramları və tədbirlər planları icra olunacaq. 
Daha sonra Mədəniyyət Konsepsiyasını hazırlayan İşçi qrupunun üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədova sənədlə bağlı təqdimat edib.
Təqdimatda Konsepsiyanın əsas istiqamətləri, prioritet sahələri və icra mexanizmləri barədə ətraflı məlumat verilib, mədəniyyətin cəmiyyətin həyatında rolunun artırılması ilə bağlı məqamlar vurğulanıb.
Tədbir çərçivəsində media nümayəndələrinin sualları cavablandırılıb, Konsepsiyanın tətbiqi ilə bağlı ictimai maraq doğuran məqamlara aydınlıq gətirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Yanvar 2026 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri