Icma.az
close
up
RU
Azərbaycan mediası: zəngin irs, tarixi inkişaf və qlobal hədəflər

Azərbaycan mediası: zəngin irs, tarixi inkişaf və qlobal hədəflər

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

22 İyul – Milli Mətbuat Günü Azərbaycan milli mətbuatının yaranmasının, söz və fikir azadlığının, peşəkar jurnalistikanın inkişafının və cəmiyyətin maariflənməsində mətbuatın misilsiz rolunun qeyd olunduğu əlamətdar tarix olmaqla yanaşı, milli mətbuat tariximizin zəngin irsinə, maarifçilik ənənələrinə və müstəqil informasiya məkanının inkişafına verilən yüksək dəyərin ifadəsidir.

Hələ, 22 iyul 1875-ci ildə görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabi ilk dəfə Azərbaycan dilində nəşr olunan "Əkinçi" qəzeti ilə milli mətbuatımızın əsasını qoymuşdur. O dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. Həmin dövrdə Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinərək, qəzetin nəşrini dayandırmışdır. Cəmi 56 nömrəsi işıq üzü görməsinə baxmayaraq, "Əkinçi" xalqın milli oyanışında, elm və təhsilin təbliğində, ana dilinin inkişafında, ictimai şüurun formalaşmasında və maarifçilik ideyalarının yayılmasında mühüm rol oynamışdır. Bu qəzet sonrakı dövrlərdə yaranan milli mətbuat orqanları üçün möhkəm təməl olmuşdur.
“Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” və digər nəşrlər tərəfindən uğurla davam etdirilmişdir. Bu mətbuat orqanları milli özünüdərkin, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin qorunmasının və ictimai fikrin inkişafının formalaşmasına mühüm töhfələr vermişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. Xüsusilə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə mətbuatın azad fəaliyyəti üçün hüquqi baza daha da möhkəmləndirilmiş, 1998-ci ildə ölkədə senzura tamamilə ləğv edilmiş, bu isə demokratik cəmiyyətin inkişafında mühüm mərhələ kimi tarixə düşmüşdür. Bunun nəticəsində informasiya azadlığının təmin edilməsi, jurnalistikanın müstəqilliyinin gücləndirilməsi və media institutlarının inkişafı üçün geniş imkanlar yaranmışdır. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır.
Bundan sonra Prezident cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur.
Bu gün Azərbaycan Respublikasında media sahəsinin müasir çağırışlara uyğun inkişafı istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. Rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda media sektoru yeni imkanlar qazanmış, informasiya təhlükəsizliyi, peşəkarlıq, operativlik və obyektivlik daha da ön plana çıxmışdır. Jurnalistlər cəmiyyətin düzgün və operativ məlumatlandırılması, milli maraqların qorunması, dövlətçilik ənənələrinin təbliği və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm missiya daşıyırlar.
Müasir dövrdə informasiya məkanı qlobal rəqabətin əsas sahələrindən birinə çevrilmişdir. Dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyalarına qarşı mübarizədə peşəkar jurnalistikanın rolu daha da artmışdır. Etibarlı informasiya mənbələrinin mövcudluğu cəmiyyətin sağlam inkişafının, vətəndaşların düzgün məlumatlandırılmasının və ictimai etimadın qorunmasının vacib şərtlərindən biridir.
Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140, 145 və 150 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdur.
30 dekabr 2021-ci ildə qəbul olunmuş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.
Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir.
Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə də yüksək peşəkarlıq nümayiş etdirərək ölkənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya mübarizəsində dövlətin mövqeyinin müdafiəsində və cəmiyyətin operativ məlumatlandırılmasında mühüm rol oynamışdır. Bu dövrdə jurnalistlər böyük məsuliyyət və fədakarlıq göstərərək informasiya cəbhəsində əhəmiyyətli fəaliyyət həyata keçirmişlər.
Milli mətbuatın inkişafı yalnız jurnalistlərin deyil, bütövlükdə cəmiyyətin inkişafı deməkdir. Güclü media demokratik dəyərlərin möhkəmlənməsinə, şəffaflığın təmin olunmasına, ictimai nəzarətin güclənməsinə və vətəndaşların məlumat almaq hüququnun reallaşmasına xidmət edir. Eyni zamanda media milli-mənəvi dəyərlərin, dilimizin, mədəniyyətimizin və tariximizin gələcək nəsillərə çatdırılmasında mühüm vasitələrdən biridir.
Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik yolu bu gün də uğurla davam edir. Əminik ki, Azərbaycan mediası bundan sonra da milli maraqların qorunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, cəmiyyətin düzgün məlumatlandırılmasına və ölkəmizin inkişafına dəyərli töhfələr verməyə davam edəcəkdir.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyul 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri