Icma.az
close
up
RU
Azərbaycan mediasına KİBERHÜCUM, xəbər saytları çökdü Kimlər nə istəyir?

Azərbaycan mediasına KİBERHÜCUM, xəbər saytları çökdü Kimlər nə istəyir?

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu gün Azərbaycanın bir neçə aparıcı xəbər saytı – Report.az, Oxu.az, Baku.ws, Baku.tv, Media.az və Caliber.az kiberhücumlara məruz qalıb. Hazırda adı çəkilən resurslara giriş mümkün deyil. Hücumun eyni anda və eyni üsulla həyata keçirilməsi onun koordinasiyalı və məqsədyönlü olduğunu göstərir".

Bu sözləri Azərbaycan İnterner Forumunun prezidenti Osman Gündüz deyib.

Ekspertin fikrincə, kiber hücum edənlərin saytlara yerləşdirdikləri mesajlar hücumun mənbəyini müəyyən etmək üçün əsas ola bilməz:

"Hücumun haradan və kim tərəfindən edildiyini müəyyənləşdirmək üçün aidiyyəti qurumlar və saytların kibertəhlükəsizliyinə cavabdeh mütəxəssislər birgə araşdırma aparmalıdır.

Xüsusilə diqqət çəkən məqam odur ki, bir neçə gün əvvəl Azərbaycanın aparıcı televiziya kanallarından biri – İTV-nin saytı da kiberhücuma məruz qalmışdı. Bu ardıcıl hücumlar göstərir ki, hansısa maraqlı qüvvələr Azərbaycanın informasiya məkanını zəiflətməyə və təsir altına salmağa çalışır.

Əlbəttə, burada texniki amillər də nəzərə alınmalıdır. Ola bilər ki, hakerlər eyni sistemə bağlı media resurslarının zəifliklərini aşkar edərək onları hədəfə alıblar.

Lakin hücumun xarakterinə əsasən ehtimal etmək olar ki, məqsəd daha çox informasiya sahəsinə təsir göstərmək, ictimai fikrə müdaxilə etməkdir".

Osman Gündüz məsələ ilə bağlı öz tövsiyələrini də qeyd edib: 

"Geniş oxucu kütləsinə malik xəbər resursları milli informasiya resurslarıdır, onların  kibertəhlükəsizliyi gücləndirilməli, müdafiə sistemləri yenilənməli və mümkün hücum ssenarilərinə qarşı proaktiv tədbirlər görülməlidir. Əks halda, bu cür hücumlar davam edə və daha ciddi fəsadlara səbəb ola bilər.

Azərbaycanda son bir neçə ildə kiber sektorda, xüsusilə də dövlət sektorunun kiber təhlükəsizliyi sahəsində  çox böyük işlər görülüb.

Kritik sektorun təhlükəliliyi ilə bağlı ciddi infrastruktur qurulub və bu işlər davam etdirilir.

Amma biznes sektoru, media sahəsinin və vətəndaş cəmiyyəti sahəsinin kibertəhlükəsiziliyi ilə bağlı görüləcək işlər daha çoxdur.

Fikrimizcə, MEDİA və Elektron Təhlükəsizlik Xidməti onlayn media resurslarının kiber müdafiəsini gücləndirmək üçün daha fəal rol oynamalıdır. Ümumiyyətlə, bu qurumların onlayn media sektorunun təhlükəsizliyinin təmin etmək istiqamətindəki səylərini yetərli hesab etmək olmaz.

Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır. Yaxşı mütəxəssislər cəlb etməli, onların peşəkarlığının artırılmasına da resurslar ayrılmalıdır.

Müasir yanaşmalar kibertəhlükəsizliyə daha ciddi diqqət ayrılmasını, bu sahəyə investisiyaların yatırılmasını və daha peşəkar mütəxəssislərin cəlb olunmasını tələb edir.

Bütün bunlar isə böyük maliyyə resursları tələb edir, lakin bəzi media qurumlarının bu sahədə imkanları olmaya bilər.

Ona görə də milli informasiya resurslarının kiber təhlükəsizliyinin qorunmasına dövlət tərəfindən real dəstək verilməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri