Icma.az
close
up
RU
​Azərbaycan məhsulları niyə dünya bazarına çıxa bilmir? Əsas problemlər AÇIQLANDI

​Azərbaycan məhsulları niyə dünya bazarına çıxa bilmir? Əsas problemlər AÇIQLANDI

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Ölkəmizdə xarici brendlərin bazardakı payı artdığı halda, yerli şirkətlərin bir çoxu uzunmüddətli perspektivdə böyük brendə çevrilməkdə çətinlik çəkir. Yerli istehsalçıların qarşılaşdığı əsas problemlər arasında xammal, maliyyələşmə, marketinq, satış şəbəkəsi və rəqabət imkanları göstərilir. Azərbaycan şirkətlərinin xarici brendlərlə rəqabət aparmasına nə mane olur? Yerli brendlərin böyüməsi üçün dövlət dəstəyi, vergi güzəştləri, yoxsa bazara çıxış imkanları daha vacibdir

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında İctimai Şuranın sədr müavini Emin Əliyev deyib ki, Azərbaycanda yeni sahibkarlıq modeli formalaşma mərhələsindədir.

Onun sözlərinə görə, ölkədə uzun illər mövcud olmuş sahibkarlıq modeli əsasən sovet dövründən miras qalan təsərrüfatçılıq ənənələri üzərində formalaşıb: “1990-cı illərin sonlarından etibarən isə təsərrüfatların tədricən kommersiya və kooperativ əsaslara keçməsi ilə yeni biznes subyektləri yaranmağa başlayıb. Yeni sahibkarlıq modeli isə təxminən son 8-10 ildə formalaşmağa başlayıb. Bu model çərçivəsində dünya bazarlarına çıxmaq, ölkə daxilində və beynəlxalq müstəvidə rəqabətədavamlı markalar yaratmaq istiqamətində fəaliyyət göstərilir”.

E.Əliyev bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə baxmayaraq, ölkədə hələ də əsasən xammal yönümlü istehsal və iqtisadiyyat modeli üstünlük təşkil edir: “İnsanlar, məsələn, kənd təsərrüfatında məhsul yetişdirir, onu bazara xammal şəklində çıxarırlar. Bu məhsulların emalı isə arzuolunan səviyyədə deyil. Azərbaycanın dünya bazarlarına kənd təsərrüfatı məhsullarını əsasən xammal formasında çıxarması müşahidə olunur. Emal sənayesinin və emal müəssisələrinin yaradılması istiqamətində işlər davam edir, lakin bu sahə hələ arzuolunan səviyyəyə çatmayıb”.

O qeyd edib ki, sahibkarlığın inkişafı qarşısında maliyyə məsələsinin ən ciddi problemlərdən biri olduğunu düşünmək doğru deyil: “Ölkədə iqtisadiyyatın subsidiyalaşdırılması və sahibkarlığın inkişafının təşviqi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir: Hazırkı vəziyyətdə bir neçə fond və bank vasitəsilə, güzəştli kredit və dövlət dəstəyi imkanlarından istifadə etməklə maliyyə cəlb etmək mümkündür. Bu istiqamətdə imkanları daha da genişləndirmək olar”.

İctimai Şura sədrinin müavini satış şəbəkələrinə çıxış məsələsində də dövlət tərəfindən müəyyən addımların atıldığını vurğulayıb: “AZPROMA və İqtisadiyyat Nazirliyi vasitəsilə sahibkarların xarici bazarlara çıxışının təşviqi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Amma sahibkar yalnız dövlətdən dəstək gözləməməli, özü də fəal fəaliyyət göstərməlidir. Dövlət bu məsələlərdə subsidiya və güzəştlər təqdim edə bilər. Məsələn, sahibkar məhsulunu yeni xarici bazara çıxararkən həmin bazara daxil olmaqla bağlı müəyyən xərcləri dövlət subsidiyalaşdıra bilər. Gömrük, logistika və ictimaiyyətlə əlaqələr istiqamətindəki xərclərin müəyyən hissəsinin qarşılanması buna nümunədir”.

Emin Əliyev sertifikatlaşdırma ilə bağlı da dövlət dəstəyinin olduğunu deyib: “İxrac olunan məhsulların sertifikatlaşdırılması ilə bağlı xərclərin müəyyən hissəsi dövlət tərəfindən qarşılanır. Müasir sahibkarlıq modelinin əsas istiqamətlərindən biri təbii resurslarla yanaşı, bilik və innovasiyaya əsaslanan məhsulların dünya bazarlarına çıxarılması olmalıdır. Dünya bazarlarına daha çox təbii resurslardan istehsal və emal edilən məhsullarla yanaşı, beyin məhsulları da çıxarılmalıdır. Təəssüf ki, bu sahədə hələ qabaqcıl mövqedə deyilik. Sürətli inkişaf müşahidə olunur, lakin postsovet ölkələrinin, eləcə də bir sıra qonşu dövlətlərin göstəriciləri ilə müqayisədə müəyyən qədər geridə qalırıq”.

E.Əliyev əlavə edib ki, mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulları markalaşdırması da əsas problemlərdən biridir: “Ən narahatedici məqamlardan biri mikro və kiçik sahibkarlıq subyektlərinin öz məhsullarını brendləşdirə bilməməsidir. Onlar yaratdıqları markaları nəsildən-nəslə ötürməkdə çətinlik çəkirlər. Məsələn, Azərbaycanda uzun illərdir pomidor, xiyar və badımcan turşuları istehsal edən təsərrüfat subyektləri var. Bu məhsullar ənənəvi olaraq kənd bazarlarında satılır və onların bir qismi hətta sovet dövründən fəaliyyət göstərir. Lakin bu məhsulların böyük əksəriyyəti brendləşdirilməyib, markalaşdırılmayıb. Hesab edirəm ki, belə məhsulların düzgün markalaşdırılması və tanıdılması onların xarici bazarlara çıxarılması üçün də geniş imkanlar yarada bilər. Halbuki bu məhsulların xarici bazarlara çıxarılması potensialı var”, – deyə o sonda fikirlərini tamamlayıb.

Oğuz Ayvaz 

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Avqust 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri