Icma.az
close
up
RU
Azərbaycan məktəblərində velosiped bölmələri yaradılacaq FOTOLAR

Azərbaycan məktəblərində velosiped bölmələri yaradılacaq FOTOLAR

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində velosiped idmanının regionlarda inkişafını hədəfləyən mühüm layihəyə start verilir.

Federasiyanın mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək pilot layihə ilkin mərhələdə ölkənin səkkiz rayonunu əhatə edəcək. 2025-ci ilin sentyabrından Qəbələ, Quba, Ağdaş, Ağstafa, Goranboy, Tovuz, Göygöl və Gədəbəy rayonlarında Elm və Təhsil Nazirliyinin balansında olan idman məktəblərində velosiped bölmələri yaradılacaq.

Layihənin təqdimatı məqsədilə Respublika Velotrekində təşkil olunan görüşdə AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov çıxış edərək deyib ki, bu təşəbbüs rayonlarda uşaqlar və yeniyetmələr üçün peşəkar velosiped məşqlərinin təşkili, perspektivli idmançıların erkən yaşlardan müəyyənləşdirilməsi və onların potensialının düzgün istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, bölmələr müasir avadanlıqlarla və velosipedlərlə təmin ediləcək, orada çalışacaq məşqçilər üçün avqust ayında Bakıda xüsusi təlimlər təşkil olunacaq.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova və sektorun aparıcı mütəxəssisi Lalə Zeynalova layihənin əsas məqsədləri və gözləntiləri barədə ətraflı təqdimatla çıxış edərək bildiriblər ki, bu təşəbbüs məktəblilərin fiziki və mənəvi inkişafına xidmət edəcək, idmana marağı artırmaqla yanaşı, onları daha aktiv və sağlam həyata istiqamətləndirəcək.

Görüşdə o da vurğulanıb ki, gələcəkdə layihənin miqyasının daha da genişləndirilməsi və digər bölgələri də əhatə etməsi nəzərdə tutulur. Bu yanaşma isə ölkədə velosiped idmanının dayanıqlı inkişafı baxımından olduqca vacib addımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 İyul 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri