Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

2027 ci ilin büdcəsində 3,14 milyard manatlıq fərq: Ekspert bunun təhdid yaratmadığını deyir

2027 ci ilin büdcəsində 3,14 milyard manatlıq fərq: Ekspert bunun təhdid yaratmadığını deyir

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə etBaşlıqlar▼

2027-ci ilin dövlət büdcəsində 3,1 milyard manatlıq kəsir gözlənilir

2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır. Bu isə gəlirlərlə xərclər arasında 3 milyard 146 milyon manatlıq fərq deməkdir.

Bəs bu məbləğdə büdcə kəsirini iqtisadi risk hesab etmək olarmı? Onun hansı hallarda təhlükəyə çevrilməsi mümkündür?

Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Rauf Qarayev hesab edir ki, 3 milyard 146 milyon manatlıq büdcə kəsiri özlüyündə makroiqtisadi risk sayılmır. Onun sözlərinə görə, burada əsas məsələ kəsirin mütləq məbləği deyil, ÜDM-dəki xüsusi çəkisi və hansı mənbələr hesabına maliyyələşdirilməsidir.

Kəsirin ÜDM-də payı 2,23 faizdir

Rauf Qarayev qeyd edib ki, 2027-ci il üçün proqnozlaşdırılan 141 milyard manatlıq ÜDM fonunda büdcə kəsiri ümumi daxili məhsulun təxminən 2,23 faizinə bərabərdir:

“3,146 milyard manatlıq kəsir öz-özlüyündə makroiqtisadi risk hesab olunmur. Bu rəqəm təxminən 2,2 faizlik ÜDM nisbəti ilə beynəlxalq maliyyə təhlükəsizliyi standartlarının, yəni 3 faizlik həddin tam daxilindədir. Bununla belə, kəsirin rəqəm olaraq normal görünməsi onun tərkibindəki struktur və xarici şok risklərini istisna etmir. Vəziyyəti iki tərəfdən qiymətləndirmək lazımdır”.

İqtisadçı əlavə edib ki, beynəlxalq praktikada, o cümlədən Maastrixt meyarlarına əsasən, büdcə kəsirinin ÜDM-in 3 faizinə qədər olması idarəolunan səviyyə hesab edilir:

“Azərbaycanın mövcud valyuta ehtiyatları və dövlət borcunun ÜDM-ə nisbətinin aşağı olması, təxminən 20 faiz ətrafında qalması bu kəsirin daxili və xarici borclanma, eləcə də vahid xəzinə hesabının qalığı hesabına inflyasiya yaratmadan örtülməsinə imkan verir.

Kəsirin yaranmasının əsas səbəbi cari istehlak xərcləri deyil, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, eləcə də infrastruktur layihələrinə ayrılan iri həcmli əsaslı xərclərdir. İqtisadi nəzəriyyədə investisiya məqsədli kəsir gələcək iqtisadi artımı stimullaşdırdığı üçün məqbul sayılır”.

Neftin qiyməti əsas risk amili kimi göstərilir

İqtisadçı hesab edir ki, büdcə kəsirinin idarəolunan səviyyədə qalması bir sıra iqtisadi amillərdən asılıdır. Bu baxımdan, xüsusilə neft qiymətlərində mümkün dəyişikliklər diqqət mərkəzində olmalıdır:

“2027-ci il büdcəsində neftin baza qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Qlobal bazarda neft qiymətlərinin bu həddən kəskin və uzunmüddətli aşağı düşməsi gəlirləri azaldaraq faktiki kəsirin proqnozlaşdırılandan daha çox böyüməsinə yol aça bilər.

Ümumi kəsir 2,2 faiz olsa da, büdcə gəlirlərinin əhəmiyyətli hissəsi Dövlət Neft Fondundan, yəni ARDNF-dən transfertlər hesabına formalaşır. Bu transfertləri çıxdıqda yaranan qeyri-neft kəsiri hələ də yüksəkdir və iqtisadiyyatın neft gəlirlərindən asılılığının tam aradan qalxmadığını göstərir”.

İnflyasiya təzyiqi də istisna edilmir

Rauf Qarayevin fikrincə, nəzərə alınmalı digər amil kəsirin maliyyələşdirilməsi zamanı inflyasiya təzyiqlərinin yaranmasıdır:

“Kəsirin örtülməsi üçün dövriyyəyə əlavə vəsaitlərin buraxılması 2027-ci il üçün proqnozlaşdırılan 5,3 faizlik inflyasiya hədəfinə əlavə təzyiq yarada bilər”.

İqtisadçı sonda vurğulayıb ki, hazırkı göstəricilər fonunda 3 milyard 146 milyon manatlıq büdcə kəsiri Azərbaycanın maliyyə dayanıqlılığı üçün birbaşa təhdid yaratmır:

“Ümumilikdə, 3,146 milyard manatlıq kəsir Azərbaycanın maliyyə dayanıqlığı üçün təhdid deyil, əksinə, böyük tikinti və bərpa layihələrinin icrası fonunda planlaşdırılmış, idarəolunan göstəricidir”.

Günay İlqarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Noyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see295

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see281

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see277

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see276

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see274

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see266

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see256

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see252

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see234

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see224

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see222

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see214

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see211

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see210

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see207

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see207

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see205

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see201

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see195

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri