Azərbaycan mentalitetinə yamaq vurmayın Sahibə Qafarova
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Məclisin iclasında deputat Razi Nurullayevin korrupsiya barədə məlumat verən şəxslərin mükafatlandırılması ilə bağlı fikirləri parlamentin sədri Sahibə Qafarovanın etirazına səbəb olub.
Modern.az xəbər verir ki, deputat “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı cəmiyyətdə “xəbərçilik” anlayışına mənfi münasibət olduğunu bildirib.
R.Nurullayev bu yanaşma ilə qanunda nəzərdə tutulan mexanizmlərin uzlaşdırılmasının çətin olacağını deyib:
“Mentalitetimiz və toplum olaraq baxışımıza görə xəbərçilik pis hal sayılır. Mental xüsusiyyətlərimizlə qanunun müddəalarını uyğunlaşdırmaq çətin olacaq. Buna görə də mükafatın verilməsini məqbul saymıram, hərçənd mükafat qanunun əsas xəttidir”.
Deputat qanunun tətbiqinin korrupsiyaya qarşı mübarizədə vətəndaş məsuliyyətini artıracağına və dövlət orqanlarına ictimai etimadı möhkəmləndirəcəyinə inanmaq istədiyini söyləyib.
Çıxışa münasibət bildirən Milli Məclisin sədri Sahibə Qafarova deputatın mentalitetlə bağlı fikirləri ilə razılaşmadığını vurğulayıb:
“Siz Azərbaycan xalqının xəbərçiliklə bağlı mentalitetini niyə belə primitiv xarakterizə edirsiniz? Yəni Azərbaycan xalqının mentaliteti heç bir qanuna uyğunlaşa bilməz?”
Spiker bu yanaşmanı düzgün hesab etmədiyini bildirib:
“Qanundur və qanun qüvvəyə minəndən sonra hər şey düzgün qiymətləndiriləcək. Azərbaycan xalqının mentalitetinə yamaq vurmayın”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 30 Oktyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















