Azərbaycan Mərkəzi Bankı Çinin təcrübəsilə yaxından maraqlanır Taleh Kazımov Çinə gedib
Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri başlayıb.
Səfər çərçivəsində Mərkəzi Bankın nümayəndə heyətinin Çin Xalq Respublikasının maliyyə sektoru üzrə nəzarət qurumları ilə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə makroiqtisadi sabitliyin təmin olunması, maliyyə texnologiyalarının inkişafı, həmçinin tənzimləmə sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, səfərin məqsədi Azərbaycan və Çin arasında maliyyə sektorunda əməkdaşlığın genişləndirilməsi, tənzimləmə və nəzarət mexanizmlərinin inkişaf etdirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin dərinləşdirilməsidir.
Baxış sayı:66
Bu xəbər 27 Noyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















