Taleh Kazımov: Mərkəzi Bank valyuta bazarına alışyönümlü müdaxilə edə bilər
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarına alış yönümlü müdaxilə edə bilər.
Bunu “APA-Economics”in sualına cavab olaraq keçirdiyi mətbuat konfransında AMB-nin sədri Taleh Kazımov deyib.
O bildirilib ki, bu ilin doqquz aylıq nəticələrinə nəzər saldıqda valyuta hərraclarında təklif kifayət qədər yüksəkdir və tələbi üstələyir: "Bu proses davam edərsə yəqin ki, biz bazara alışyönümlü müdaxilə edəcəyik. Amma hazırda hansısa məbləğ müzakirə edilmir, bunun 300 və ya 600 milyon dollar olacağını deyə bilmərik. Çünki ilin sonuna kimi büdcə xərcləri var və bunu nəzərə almaq lazımdır".
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu oktyabr hesabatında AMB-nin ehtiyatlarını bu ilin sonuna 11,9 mlrd. dollar həcmində proqnozlaşdırıb. Mərkəzi Bankın bu ilin oktabrın 1-nə valyuta ehtiyatları 11,31 mlrd. dollar təşkil edib. Bu isə o deməkdir ki, BVF AMB-nin valyuta ehtiyatlarını 600 mln. dollar civarında artıracağını gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 22 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















