Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Bankı “Yaşıl Taksonomiya”nı təsdiqlədi Yeni Çağ Media

Azərbaycan Mərkəzi Bankı “Yaşıl Taksonomiya”nı təsdiqlədi Yeni Çağ Media

Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Yaşıl Taksonomiya” təsdiq edilib.

Yenicag.az xəbər verir ki, sənəd iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin, alt-növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsi üzrə təsnifat sistemini əhatə edir.

Əsasən maliyyə institutlarının istifadəsi üçün nəzərdə tutulan “Yaşıl Taksonomiya”nın özəl sektorda biznes fəaliyyətlərinin Taksonomiyada müəyyən edilmiş meyar və prinsiplərə uyğunluğunun təmin edilməsi, yaşıl və dayanıqlı keçid strategiyalarının hazırlanması, müvafiq məlumatların ictimaiyyətə açıqlanması, yaşıl investisiyaların cəlb edilməsi və digər oxşar istiqamətlər üzrə istifadəsi mümkündür.

“Yaşıl Taksonomiya” ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına, daxili və xarici resursların yaşıl və dayanıqlı layihələrə yönəldilməsinə, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsinə, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı yaranan fürsətlərdən istifadə edilməsinə, həmçinin mal və xidmətlərin ixracı sahəsində ixtisaslaşan müəssisələrin fəaliyyətinin dəstəklənməsinə xidmət edəcək. Bununla da, sənəd ölkə iqtisadiyyatının dayanıqlı inkişaf imperativlərinə uyğunlaşdırılmasına, eləcə də dayanıqlı iqtisadiyyata keçiddə maliyyə sektorunun rolunun gücləndirilməsinə mühüm töhfə verəcək.

“Yaşıl Taksonomiya”nı AMB-nin təşəbbüsü və aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılmış “Dayanıqlı maliyyə üzrə Ekspert Qrupu” Dünya Bankı ekspertlərinin dəstəyi ilə hazırlayıb. Hazırlıq prosesində ən qabaqcıl beynəlxalq təcrübələrlə yanaşı ölkə iqtisadiyyatının xüsusiyyətləri də nəzərə alınıb.

“Yaşıl Taksonomiya” üzrə sənədi nəzərdən keçirmək üçün bu linkə daxil olmaq lazımdır.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Noyabr 2024 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see130

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see112

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri