Azərbaycan Mərkəzi Bankının Nağd pul ofisi fəaliyyətini 2 günlük dayandırır
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Bakıda keçiriləcək "2025 Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 17-18 sentyabrda Azərbaycan Mərkəzi Bankının (AMB) Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasındakı "Nağd pul ofisi" fəaliyyət göstərməyəcək.
Xalqcebhesi.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, "Nağd pul ofisi" növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək.
Əlavə suallarla bağlı AMB-nin "Qaynar xətt"inə (966) müraciət oluna bilər.
"Nağd pul ofisi" əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı saat 10:00-dan 13:00-a qədər fəaliyyət göstərir.
Baxış sayı:53
Bu xəbər 16 Sentyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















