Icma.az
close
up
RU
Azərbaycan mətbuatı ölkənin ictimai siyasi həyatında mühüm rol oynayan institutdur RƏY

Azərbaycan mətbuatı ölkənin ictimai siyasi həyatında mühüm rol oynayan institutdur RƏY

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 iyun, AZƏRTAC

Tarixin müxtəlif dönəmlərində millətlərin dirçəlişi, azadlıq arzusu və maariflənməsi hər zaman mətbuatla başlayıb. Bu mənada Azərbaycan xalqının keçdiyi yol da istisna deyil. Azərbaycan mətbuatının keçdiyi yol bir xalqın maarifçilikdən müstəqilliyə, senzuradan azad sözə qədər uzanan tarixidir. Bu, eyni zamanda, sadəcə, informasiya vasitələrinin inkişaf tarixi deyil, xalqın maariflənməsi, azadlıq mübarizəsi və dövlətçilik ənənələrinin güclənməsi ilə sıx bağlıdır. Həsən bəy Zərdabinin “Əkinçi”si ilə başlayan bu yol hazırda rəqəmsal platformalarda da milli düşüncənin daşıyıcısı olaraq yaşayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri filologiya elmləri üzrə fəlsəfə doktoru, media, kommunikasiya tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşid söyləyib.

Ekspert bildirib ki, hazırda rəqəmsal texnologiyaların və süni intellektin inkişafı Azərbaycanda da mətbuatın fəaliyyətinə təsirlər göstərir. Onlayn platformalar, xəbər saytları və sosial media vasitəsilə xəbərlər real vaxtda geniş auditoriyaya çatdırılır. Sosial media, mobil tətbiqlər və platformalar istifadəçilərlə interaktiv kommunikasiya qurmağa, onların reaksiyasını ölçməyə, xəbər istehsalında iştirak etməyə imkan verir. Süni intellekt alqoritmləri sayəsində xəbər mənbələri avtomatik analiz olunur, trendlər müəyyən edilir, xəbərin təqdimatı daha səmərəli şəkildə aparılır. Bununla yanaşı, texnoloji inkişaf yeni problemlər də yaradır. Dezinformasiya, saxta xəbərlərlə ictimai rəyin manipulyasiyası, klik xəbərlər, informasiya mənbələrinin etibarlılıq problemi, etik qaydaların pozulması və informasiya təhlükəsizliyi kimi məsələlər müasir dövrün əsas çağırışlarıdır. Süni intellekt ilə yazılmış xəbərlərin müəllifliyi, obyektivliyi və məsuliyyəti ilə bağlı suallar yaranır. Digər tərəfdən çap mətbuatı oxucu itirir, reklam bazarı onlayn mediaya keçir və bu da mətbuatın iqtisadi problemlərini yaradır. Bu səbəbdən uğurlu adaptasiya üçün media qurumları peşəkar jurnalistika prinsiplərini qoruyaraq texnoloji imkanlardan ağıllı şəkildə istifadə etməlidirlər. Həm dövlət, həm ictimai təşkilatlar, həm də jurnalistlər peşəkarlığın artırılması və medianın savadlılığı üçün birgə fəaliyyət göstərməlidir.

Azərbaycan mətbuatının ölkənin ictimai-siyasi həyatında vacib rol oynayan institut olduğunu vurğulayan L.Rəşid qeyd edib: “Azərbaycan dövləti çap və onlayn medianın inkişafına ardıcıl və sistemli şəkildə dəstək göstərir. Ölkədə bu istiqamətdə bir sıra praktiki tədbirlər həyata keçirilib. Buraya dövlət büdcəsindən media subyektlərinə ayrılan maliyyə dəstəyi, jurnalistlərin sosial müdafiəsi, həmçinin onların peşəkar inkişafı üçün təlimlərin və seminarların təşkili, qanunvericilik islahatları, o cümlədən 2021-ci ildə qəbul edilən “Media haqqında” Azərbaycan Respublikasının Qanunu daxildir. Dövlət dəstəyi ölkədə azad və peşəkar medianın formalaşmasına xidmət etsə də, mətbuatın fəaliyyətinə təsir edən bir sıra problemlərlə üzləşir. Bu problemlərin bir qismi rəqəmsal dövrün çağırışları, texnoloji inkişaflar və süni intellekt fenomeni, bir qismi isə Azərbaycan mediasının spesifik xüsusiyyətləri ilə bağlıdır. Ümumiyyətlə, müasir Azərbaycan mətbuatının xarakteristikası onu göstərir ki, media qurumları müəyyən çətinliklərlə üzləşsələr də, ölkənin informasiya məkanında vacib rol oynamağa davam edir. Dövlətin media siyasəti, ölkədə internetə girişlə bağı heç bir məhdudiyyətin tətbiq edilməməsi, media azadlığının genişlənməsi, jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəlməsi və texnoloji yeniliklərə adaptasiya onlayn medianın gələcəyini müəyyənləşdirən əsas amillərdir”, - deyə ekspert bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see263

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see205

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see203

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see194

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see181

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see158

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see156

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri