2025 ci ilin ilk 10 ayında TƏBİB üzrə ümumi gəlir 1 milyard manatdan çox təşkil edib
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
2025-ci ilin ilk 10 ayında TƏBİB üzrə ümumi gəlir 1 milyard 180,549 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 5,05 % çoxdur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in Maliyyə departamentinin rəhbəri Xəyal Cəlilov "İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair" müavin, müşavir, departament rəhbərləri və tabeli müəssisələrin rəhbər heyətinin iştirakı ilə müşavirədə bildirib.
Onun sözlərinə görə, hesabat dövründə ilkin tibbi sanitariya yardımı xidməti üzrə gəlirlərdə 0,39 % artım qeydə alınıb və 170 milyon 542 min manat təşkil edib.
Təcili tibbi yardım xidməti üzrə daxilolmalar göstərilən dövr ərzində 203 milyon 27 min manata çatıb (0,38 % artım).
Xidmətlər Zərfi üzrə təqdim olunan tibbi xidmətlərin həcmi 787 milyon 65 min 768 manat (artım 7 %), ödənişli tibbi xidmətlərdən (ƏDV-siz) daxil olan vəsait 19 milyon 914 min (artım 23,59 %) olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 15 Dekabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















