Icma.az
close
up
RU
Zelenki ABŞ nin təklifi ilə ərazi güzəştinə getməyəcək ŞƏRH

Zelenki ABŞ nin təklifi ilə ərazi güzəştinə getməyəcək ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-Rusiya razılaşması Avropa İttifaqında dərin çat yaradır

Almaniyada keçirilən danışıqların nəticəsiz baş tutması istisna deyil

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Berlində başlayan müzakirələr dekabrın 15-də də davam edib. Danışıqlar 2 saata yaxın davam edib. Ukrayna Prezidenti Volodimir Zelenski özünün başçılıq etdiyi heyətlə ABŞ tərəfi arasında olan danışıqların 5 saatdan çox davam etdiyini bildirib: "Bizim Rusiya tərəfi ilə birbaşa dialoqumuz yoxdur. Amerika tərəfi ilə dialoqda isə onlar, belə demək mümkünsə, Rusiya tərəfini təmsil edirlər, çünki onlar rusların siqnallarını, tələblərini, addımlarını, hazır olub-olmamalarını təqdim edirlər". "Politiko" nəşri iddia edib ki, Zelenski ABŞ-nin Donbasda silahsızlaşdırılmış “azad iqtisadi zona” yaratmaq təklifini rədd edib, lakin NATO üzvlüyündən imtinaya razı olub: "Rusiya işğalı altında olan Ukrayna ərazilərinin taleyi xüsusilə mürəkkəb və həssas bir məsələdir. ABŞ Prezidenti Donald Tramp həm Ukrayna, həm də Rusiya qoşunlarının bu ərazilərdən çıxarılması və Amerika biznes maraqlarının fəaliyyət göstərə biləcəyi silahsızlaşdırılmış “azad iqtisadi zona” yaradılması ideyasını irəli sürüb. Fransa rəsmisinin sözlərinə görə, Ukrayna bu təklifi rədd edib". 

Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib ki, Qərbi Avropa ölkələri açıq şəkildə Rusiya ilə müharibəni qızışdırır və Ukraynada sülh danışıqlarını pozmağa çalışırlar. Onun sözlərinə görə, bütün Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər. Macarıstan özünün münaqişəyə cəlb olunmasına imkan verməyəcək.

"Bild" nəşri məlumat yayıb ki, Finlandiya prezidenti Aleksandr Stubb gözlənilmədən Ukrayna məsələsi ilə bağlı Berlində keçirilən sammitə gəlib və ABŞ-ın xüsusi nümayəndələri ilə qapalı görüş keçirib. Onun bu səfərinin danışıqlar prosesinə təsir göstərə biləcəyi bildirilir. Məlumata görə, Stubb ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə təxminən 20 dəqiqəlik görüş keçirib. Finlandiya lideri ABŞ və Ukrayna arasında vasitəçi kimi çıxış edərək, Moskvanın yalnız Ukrayna üçün deyil, eyni zamanda qonşu Finlandiya üçün də təhlükə yaratdığını vurğulayıb. Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın etibarlı şəxslərindən biri sayılan Stubb daha əvvəl Trampla Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib. O, danışıqlarda Moskvanın ənənəvi taktikalarına diqqət çəkib. Gözləntilərə görə, Aleksandr Stubbun mövqeyi ABŞ tərəfinin danışıqlardakı yanaşmasına təsir göstərə bilər.

ATƏT-in baş katibinin hərbi məsələlər üzrə keçmiş xüsusi müşaviri, İsveçrə Silahlı Qüvvələrinin Baş Qərargahının istefada olan polkovnik-leytenantı Ralf Bosxard deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski ordusunun son ehtiyatını ortaya qoyub, Rusiyaya qarşı döyüş meydanında son məğlubiyyətini yaşamağın astanasındadır: "Danışıqların qaçılmazlığını və Qərb müttəfiqlərinə uğur nümayiş etdirməli olduğunu bilən Zelenski çox güman ki, indi hər şeyi bir kartla ortaya qoyub son ehtiyatını sərf etmək üçün can atır. Nə vaxt dayanacağını başa düşmürsə, hər şeyi itirmək riski ilə üzləşir". O qeyd edib ki, rus qoşunları Seversk şəhərini təəccüblü şəkildə sürətlə ələ keçirdilər: "Zaporojye bölgəsində hücum eyni sürətlə davam edərsə, Rusiya qüvvələri Zaporojye ətrafına çata bilər, bu da Zelenskiyə böyük təzyiq göstərəcək". 

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Almaniyada ABŞ-Ukrayna danışıqları nəticəsiz olacaq. Onun sözlərinə görə, Trampın xüsusi nümayəndəsi S.Uitkofun papkasında Donbasın Rusiyaya verilməsi müqabilində sülhün əldə edilməsi və Ukraynanın NATO -dan imtina təklifləri var: "Ukrayna NATO-dan imtina edə bilər. Amma Zelenki Ukraynaya təhlükəsizlik təminatının verilməsini tələb edir. Bunun üçün Ukraynanın müdafiəsi üçün ABŞ Konqresində qanun layihəsinin qəbul edilməsini istəyir. ABŞ Ukraynanın hər iki təklifini qəbul etmir. Bu kontekstdə danışıqlar aparılır. Zelenki ABŞ-nin təklifi ilə ərazi güzəştinə getməyəcək. Bu, ilk növbədə onun səlahiyyətində deyil. Danışıqların Avropada keçirilməsi Ukraynanın əlini gücləndirir. Almaniyada keçirilən danışıqların nəticəsiz baş tutması istisna deyil. Rusiya Donbasın ona verilməsini tələb edir. Hazırda Ukrayna Avropa İttifaqının dəstəyi ilə Rusiya-ABŞ qarşısında öz mövqeyini qoruyur. Demək olar ki, ABŞ-Rusiya tandemi ilə Avropa İttifaqı-Ukrayna arasında siyasi qarşıdurma yaşanır. Bu siyasi qarşıdurmada tərəflər arasında prinsipial fikir ayrılıqları qalmaqdadır. Tramp Administrasiyasının Avropa İttifaqı ilə deyil, Rusiya ilə anlaşma əldə etməsi Qərb Alyansında uzun illər formalaşmış ABŞ-Avropa İttifaqında dərin çat yaradıb. Bu, beynəlxalq siyasi nizamın deqradasiyaya uğramasına gətirib çıxarır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Dekabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri