Icma.az
close
up
RU
Azərbaycan gəncləri ölkənin ictimai siyasi həyatında mühüm rol oynayır

Azərbaycan gəncləri ölkənin ictimai siyasi həyatında mühüm rol oynayır

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla təsis edilib və həmin vaxtdan etibarən ölkədə gənclərin inkişafına yönəlmiş siyasətin rəmzinə çevrilib. Bu gün gənclərin cəmiyyətin müxtəlif sahələrində fəallığını artırmaq, onların potensialını üzə çıxarmaq və dövlətin inkişafında iştirakını genişləndirmək məqsədi daşıyır. Azərbaycan dövləti müstəqillik illərindən etibarən gənclərin hərtərəfli inkişafını prioritet məsələlərdən biri kimi müəyyən edib və bu istiqamətdə davamlı siyasət yürüdür.  

Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti onların təhsilinə, istedadlarının üzə çıxarılmasına, vətənpərvərlik ruhunda böyüməsinə və sosial fəallığının artırılmasına yönəlib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin təhsil imkanlarının genişləndirilməsi, onların peşəkar inkişafına şərait yaradılması və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müxtəlif dövlət proqramları həyata keçirilir. Xaricdə təhsil almaq istəyən gənclər üçün yaradılmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bu sahədə ən mühüm təşəbbüslərdən biri olub. Hazırda "2022-2026-cı illər üçün Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində yüzlərlə gənc dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanır. Bundan əlavə, gənclərin ictimai fəallığını artırmaq və onların təşəbbüslərini dəstəkləmək üçün bir sıra layihələr həyata keçirilir. 2011-ci ildə yaradılmış Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin sosial və mədəni inkişafına yönəlmiş layihələrə maliyyə dəstəyi verir. Fondun təşkil etdiyi müxtəlif qrant müsabiqələri minlərlə gəncin fərdi ideyalarının reallaşdırmasına imkan yaradıb. 

Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında mühüm rol oynayır. Onlar təkcə elmi və innovativ layihələrdə deyil, həm də ölkənin müdafiəsi və beynəlxalq arenada təbliğatı sahəsində böyük uğurlar əldə ediblər. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı gənclər ön cəbhədə və arxa cəbhədə əsl qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpasında müstəsna rol oynadılar. Eyni zamanda, informasiya müharibəsində sosial şəbəkələr vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Müharibədən sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında gənclər fəal iştirak edirlər. Eyni zamanda, 2023-cü ilin dekabrında Laçın yolunda Dağlıq Qarabağ ərazisindəki faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması məqsədilə keçirilən etiraz aksiyalarında da onların rolu böyük olub. Aksiyada müxtəlif könüllü təşkilatların və ictimai birliklərin nümayəndələri iştirak edib. Fəallıq göstərən təşkilatlar arasında "Azərbaycan Könüllü Təşkilatları İttifaqı”, "Bakı Dövlət Universiteti Könüllüləri” və "Miqrasiya Könüllüləri”ni xüsusi qeyd etmək olar.

Bundan əlavə, 2023-cü ilin fevralında qardaş Türkiyə Respublikasında baş verən zəlzələ zamanı Azərbaycan könüllüləri böyük fədakarlıq nümayiş etdiriblər. Bir ay ərzində 150 könüllüdən ibarət Azərbaycan nümayəndə heyəti on minlərlə zərərçəkmişə müxtəlif humanitar yardımlar göstərib. Xüsusi vurğulamaq lazımdır ki, bu, Azərbaycan gənclərinin həm müddət, həm də iştirakçı sayı baxımından xarici ölkədə təşkil olunmuş ən genişmiqyaslı humanitar yardım fəaliyyəti kimi tarixə düşüb.

Azərbaycan dövləti gənclərin innovasiya və sahibkarlıq sahəsində uğur qazanmasına da xüsusi diqqət yetirir. Son illərdə startap ekosisteminin inkişafı üçün yaradılan fondlar və təşəbbüslər gənc sahibkarların öz ideyalarını reallaşdırmasına kömək edir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilən müxtəlif dəstək proqramları gənc sahibkarların fəaliyyətini stimullaşdırır. Bundan başqa, texnologiya sahəsində istedadlı gənclərin inkişafı üçün müxtəlif hakatonlar və innovativ müsabiqələr təşkil edilir.  

Bu gün Azərbaycan gəncləri müasir biliklərə yiyələnir, milli dəyərlərinə sadiq qalaraq ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynayır. Onlar dövlətin yaratdığı imkanlardan maksimum faydalanaraq təhsil, elm, idman, innovasiya və sahibkarlıq sahələrində böyük uğurlar qazanırlar. Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə aktiv iştirakı, idmanda qazandığı nailiyyətlər və texnoloji yeniliklər sahəsindəki uğurları onların potensialının göstəricisidir.  

Gənclər Günü yalnız bir bayram deyil, həm də onların cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayan bir gündür. Bu gün gənclərin uğurlarını dəyərləndirmək, onların qarşısında açılan yeni imkanları müzakirə etmək və gələcək inkişaf üçün yeni hədəflər müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dövləti gənclərə verdiyi dəyəri onların uğurları ilə təsdiqləyir və bu siyasətin davamlı olması üçün ardıcıl addımlar atır.

Günay Niyazova

Gənclərin İnkişaf və Karyera Mərkəzinin

Abşeron-Xızı regional nümayəndəliyinin 

Abşeron bölməsinin mütəxəssisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Fevral 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri