Icma.az
close
up
RU
Azərbaycan Metrologiya İnstitutunda yeddi yeni etalon laboratoriyasının açılışı olub

Azərbaycan Metrologiya İnstitutunda yeddi yeni etalon laboratoriyasının açılışı olub

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) ölkədə metroloji infrastrukturun təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində fotometrik, dalğa uzunluğu, xətti-bucaq, sərtlik, qüvvə, elektromaqnit çirklənmələri və ilkin nəmlik ölçmələri üzrə yeddi yeni laboratoriyanın açılışı olub.

Oxu.Az-ın məlumatına görə, açılış mərasimində ilk olaraq AzMİ-nin nəzdində fəaliyyət göstərən etalon laboratoriyalarının imkanlarını və tətbiq sahələrini əhatə edən videoçarx nümayiş etdirilib.

Daha sonra tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun, Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının rəhbəri professor Orhan Aydının, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyevin, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun, Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin, Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) prezidenti, Özbəkistan Milli Metrologiya İnstitutunun (UzNİM) direktoru Lazizbek Saidoripovun və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) rəhbəri dosent Mustafa Çetintaşın çıxışları dinlənilib.

Çıxışlar zamanı Azərbaycanda metroloji infrastrukturun gücləndirilməsinin, o cümlədən metrologiya sahəsində innovativ texnologiyaların tətbiqi və yeni metodların işlənməsinin strateji əhəmiyyəti barədə məlumat verilib. Həmçinin AzMİ-də qurulan müasir laboratoriya şəbəkəsinin beynəlxalq standartlara uyğun və qabaqcıl avadanlıqlarla təchiz edildiyi diqqətə çatdırılıb. Bu laboratoriyaların sənaye müəssisələrinin metroloji ehtiyaclarının ödənilməsi, elmi araşdırmalar, eyni zamanda, ölkələrarası əməkdaşlıq üçün önəmli platforma olduğu vurğulanıb. Habelə gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və elmi-tədqiqat layihələrinin reallaşması üçün yaradılacaq imkanlardan bəhs olunub.

Məlumat üçün bildirək ki, Fotometrik ölçmələri laboratoriyasında işıq şiddəti, işıqlanma və işıq seli üzrə ölçmələr və cihazların kalibrlənməsi, Dalğa uzunluğu ölçmələri laboratoriyasında uzunluq vahidi olan metrin reallaşdırılması və ölkəmizdə izlənilmə zəncirinin təmin olunması, Xətti-bucaq ölçmələri laboratoriyasında uzunluq və bucaq kəmiyyətlərinin sənaye və aviasiya sahələrinə dəqiq ötürülməsi, Sərtlik ölçmələri laboratoriyasında isə metallurgiya, maşınqayırma, aviasiya və sənayedə istifadə olunan materialların sərtlik cihazlarının yoxlanması və kalibrlənməsi həyata keçiriləcək. Qüvvə ölçmələri laboratoriyasında müvafiq sahədə cihazların kalibrlənməsi ilə yanaşı, beynəlxalq izlənilməsi, Elektromaqnit çirklənmənin ölçülməsi laboratoriyasında yüksək gərginlik xətləri və mobil telekommunikasiya operatorlarına məxsus baza stansiyalarının yaratdığı elektromaqnit çirklənmənin ölçülməsi və ətraf mühitə təsirin azaldılması, İlkin nəmlik ölçmələri laboratoriyasında kimya, əczaçılıq, qida, səhiyyə və digər sahələrdə istifadə olunan nəmlik ölçmə cihazlarının yoxlanılması və kalibrlənməsi ilə bağlı işlər görüləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22.07.2022 tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planının 1.1.21-ci bəndinə əsasən "Azərbaycan Metrologiya İnstitutu" PHŞ-də yeni laboratoriya şəbəkəsinin yaradılması nəzərdə tutulub. Strategiyaya uyğun olaraq, ümumilikdə 20 yeni laboratoriyanın yaradılması və yeddi mövcud laboratoriyanın təkmilləşdirilməsi həyata keçiriləcək. Artıq bu məqsədlə ötən ilin noyabrında TÜBİTAK UME ilə birgə layihə çərçivəsində həcm, tibb, müqavimət, vaxt və tezlik, paylanma parametrləri və radiotezlik gücünün ölçmələri üzrə beş yeni etalon laboratoriyasının açılışı baş tutub.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Sentyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri