Icma.az
close
up
RU
“Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib

“Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

AMEA-nın Rəyasət Heyətində “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən - İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib.

XQ xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Milli Məclisinin deputatı filologiya elmləri doktoru Elnarə Akimova, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə akademik İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda giriş məruzəsi ilə çıxış edib. Akademik İsa Həbibbəyli qeyd edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikasının 1969-cu ildən sonra başlanan yeni tarixi mərhələsinin görkəmli yaradıcısı, sonrakı dövrdə Azərbaycan xalqını gələcək müstəqilliyə hazırlayan görkəmli dövlət xadimi, keçid dövründə müstəqilliyimizin xilaskarı və nəhayət müstəqilliyimizin möhkəm təməllərini atmış fenomenal şəxsiyyətdir. AMEA rəhbəri bildirib ki, Ulu Öndərin həyatının bütün mərhələləri Azərbaycan xalqının və dövlətinin tərəqqisi ilə birbaşa bağlıdır.

Ulu Öndərin Azərbaycana rəhbərlik etməyə başladığı illərdə ölkəmizin keçmiş ittifaq dövlətləri içərisində ən geridə qalmış respublikalardan biri olduğunu deyən akademik İsa Həbibbəyli dahi liderin qısa müddətdə həyata keçirdiyi geniş iqtisadi islahatlar nəticəsində Azərbaycanı ən qabaqcıl respublikalar sırasına çıxardığını söyləyib. Bildirib ki, bu dövrdə sovet rəhbərliyinin bütün qadağalarına baxmayaraq, Ümummilli Lider Azərbaycanı iqtisadi, siyasi və sosial-mədəni sferalarda inkişaf etdirdi və respublikamız uğurlarına görə SSRİ-nin yüksək mükafatlarına layiq görüldü. 

Dahi liderin bu dövrdə ən böyük tarixi xidmətlərindən birinin keçmiş SSRİ-nin proletar beynəlmiləlçilik ideologiyasının hakim olduğu bir dövrdə xalqımızı gələcək müstəqilliyə hazırlayaraq Azərbaycançılıq ideologiyasını insanlarımızın şüurlarına təlqin etdiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, həmin illərdə Ulu Öndərin məqsədyönlü siyasəti nəticəsində elm, təhsil, mədəniyyət və incəsənət sahələrində də bir çox nailiyyətlər əldə edildi. Həmçinin Azərbaycanın görkəmli alimləri və incəsənət xadimləri SSRİ-nin yüksək mükafatları ilə təltif olundular.

Bu tarixi mərhələnin AMEA üçün də əlamətdar hadisələrlə müşayiət olunduğunu bildirən akademik İsa Həbibbəyli 1975-ci ildə Elmlər Akademiyasının keçmiş SSRİ-nin ali mükafatlarından olan “Xalqlar dostluğu” ordeni ilə təltif olunduğunu və Respublika sarayında keçirilən tədbirdə şəxsən Heydər Əliyev tərəfindən Akademiya rəhbərliyinə təqdim edildiyini bildirib. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu dövr bütün sahələrdə olduğu kimi, AMEA-nın tarixində də quruculuq və intibah mərhələsi kimi yadda qalıb. Ulu Öndərin təşəbbüsü ilə həmin dövrdə sovet cəmiyyəti üçün xarakterik olmayan Xüsusi Konstruktor Bürosu adı ilə özəl elmi müəssisələr yaradılıb ki, bu müəssisə SSRİ-də yalnız Ukrayna və Azərbaycan Elmlər Akademiyalarında səmərəli şəkildə fəaliyyətlərini davam etdiriblər. Həmçinin irsiyyət faktorunun öyrənilməsi üçün “Molekulyar biologiya və molekulyar genetikanın inkişafının sürətləndirilməsi” ilə bağlı qərar qəbul olunub, o cümlədən dünyamiqyaslı Beynəlxalq Astronavtika Federasiyasının Qurultayı və s. kimi tədbirlər ölkəmizdə keçirilib. Bundan əlavə, Azərbaycanın regionlarında, Naxçıvan və Gəncədə elmi müəssisələrin filialları açılıb. Neft-kimya, yarımkeçiricilər fizikası, riyaziyyat, dil, ədəbiyyat və s. sahələrdə görkəmli alimlərimiz nüfuzlu elmi məktəblər yaratmışlar.

 Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk illərdə bütün sahələrdə olduğu kimi, Elmlər Akademiyasının fəaliyyətində də durğunluğun müşahidə edildiyini deyən akademik İsa Həbibbəyli qeyd edib ki, həmin dövrdə beyin axını baş vermiş, Akademiyanın bütün elmi jurnalları fəaliyyətini dayandırmışdır. Ulu Öndərin yenidən hakimiyyətə qayıtması ilə müşayiət olunan dövrdə ilk görüşlərindən birini məhz Elmlər Akademiyasında 21 sentyabr 1993-cü ildə Azərbaycan ziyalıları ilə keçirdiyini deyən natiq bildirib ki, Heydər Əliyev görüş zamanı səsləndirdiyi “hansı iqtisadiyyat olursa olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası xalqın tarixi nailiyyətidir. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər”, - sözləri ilə Akademiyanı bağlamaq niyyətində olanlara qarşı qətiyyətli mövqeyini ortaya qoymuşdur.  

Həmçinin diqqətə çatdırıb ki, Ulu Öndərin 31 yanvar 1997-ci ildə Elmlər Akademiyasının rəhbər heyəti və respublikanın aparıcı alimləri ilə keçirdiyi görüşdə yaranmış yeni tarixi şəraitdə ölkə elminin vəziyyəti və vəzifələri müzakirə olunmuş, Akademiyanın gələcək fəaliyyətinə dair mühüm qərarlar qəbul edilmişdir. Ulu Öndərin 5 may 2001-ci il tarixli Fərmanı ilə isə Akademiyaya Milli Elmlər Akademiyası statusu verilmiş, 4 yanvar 2003-cü ildə isə Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi təsdiqlənmişdir.

Prezident İlham Əliyevin Ümummilli Liderin bütün sahələrdə olduğu kimi, elm siyasətini də uğurla davam etdirdiyini deyən akademik İsa Həbibbəyli 2014-cü ildə AMEA-nın yeni Nizamnaməsinin təsdiq olunduğunu, Şamaxı Astrofizika Rəsədxanasının yenidən qurulduğunu, Mərkəzi Elmi Kitabxananın və Milli Ensiklopediya Mərkəzinin yeni binalarının tikildiyini söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci il noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağında iştirakı və konseptual niqti müasir dövrdə Akademiyanın həyatında tarixi hadisələrdəndir. 

“Prezident İlham Əliyev tarixi nitqində Azərbaycan alimləri qarşısında dil və tarixlə bağlı mühüm vəzifələr qoydu. Eləcə də süni intellekt, rəqəmsal inkişaf, kibertəhlükəsizliyin bu gün ölkəmiz üçün strateji vəzifələr olduğunu açıqladı. Qeyd olunan vəzifələrin icrası ilə əlaqədar Akademiyada dilçi və tarixçi alimlərlə mühüm müzakirələr apardıq. Bu günlərdə isə AMEA və AR Milli Məclisinin birgə təşkilatçılığı, geniş ictimaiyyətin iştirakı ilə səmərəli müzakirələr həyata keçirdik”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb. 

Akademik İsa Həbibbəyli Ulu Öndərin elm siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin Azərbaycan alimləri və ziyalıları qarşısında qoyduğu vəzifələrin icrasını var qüvvələri ilə həyata keçirəcəklərini, bundan sonra da ölkə başçısının ətrafında sıx birləşərək dövlətimizin inkişafına öz töhfələrini verəcəklərini bildirib.

Konfransda, həmçinin Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnara Akimova “Milli elmi və mədəni düşüncənin intibahında Heydər Əliyevin rolu”, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “Siyasi liderlik missiyası: Heydər Əliyevdən – İlham Əliyevə Azərbaycançılıq idealı”, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov “Heydər Əliyev və Azərbaycan elminin strateji əsaslarının yaradılması” və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli “Naxçıvan Muxtar Respublikasının elm və təhsilin inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri