Icma.az
close
up
RU
“Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib

“Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib. Konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.

AZƏRTAC xəbər verir ki, konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə akademiyada keçirilən tədbirlərdən söz açıb. Dahi liderin həyatının bütün dövründə Azərbaycan xalqının taleyində mühüm rol oynadığını deyən akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev sovet dövründə rəhbərliyə hiss etdirmədən xalqımızı milli oyanışa hazırlayıb, azərbaycançılıq ideologiyasını xalqımıza aşılayıb, peşəkar milli kadrların hazırlığına xüsusi diqqət yetirib. Ümummilli Liderin təşəbbüsü və qətiyyəti ilə ana dilimiz dövlət dili statusu alıb və 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında rəsmi şəkildə öz təsbitini tapıb.

Akademik İsa Həbibbəyli müstəqillik dövründə Ulu Öndərin hakimiyyətə qayıtması ilə ölkədə hərc-mərcliyə son qoyulduğunu, sabitliyin təmin edildiyini, ordu quruculuğuna başlanıldığını, “Əsrin müqaviləsi”nin imzalandığını, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini, beynəlxalq əlaqələrin genişləndirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, dahi rəhbərin başladığı işi Prezident İlham Əliyev müasir dövrün çağırışları işığında daha da zənginləşdirərək Azərbaycanı nəinki regionda, dünyada söz sahibi olan ölkələrdən birinə çevirib, respublikamızın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub və bu gün qalib xalq kimi fəxrlə yaşayırıq.

Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının tarixində və taleyində mühüm rol oynadıqlarını deyən akademik bildirib ki, AMEA-nın dövlət səviyyəsində ilk dəfə yubileyi məhz Ümummilli Liderin təşəbbüsü ilə 1975-ci ildə keçirilib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ulu Öndər Elmlər Akademiyasının taleyi ilə bağlı yaranmış suallara birdəfəlik son qoyub və ziyalılarımızla mütəmadi görüşərək onlara öz tapşırıq və tövsiyələrini verib. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən akademiyanın 60, 70 illik yubileylərinin və bu il martın 18-də isə 80 illik yubileyinin qeyd olunması haqqında sərəncamlar imzalanıb. Akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyinin həm Azərbaycanda, həm də dost və qardaş ölkələrin akademiyaları ilə birgə yüksək səviyyədə keçiriləcəyini söyləyib. Qeyd edib ki, akademiya dövlətimizin başçısının yaratdığı geniş imkanlardan istifadə edərək Azərbaycan elmini dünyada tanıtmaq, beynəlxalq əlaqələrini genişləndirmək və dünyanın nüfuzlu elmi qurumları arasında söz sahibinə çevrilmək üçün önəmli addımlar atır.

“Azərbaycan xalqı müstəqil və güclü dövlət quruculuğu üçün hər zaman Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə minnətdardır. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev olmasaydı, bugünkü inkişaf edən Azərbaycan olmazdı. Qarabağ Zəfəri, Böyük Qayıdış hərəkatı, Elmlər Akademiyası olmazdı. Hər zaman Azərbaycan elminə xüsusi qayğı ilə yanaşan görkəmli dövlət xadimlərimizə əbədi olaraq minnətdarıq”, - deyən akademik İsa Həbibbəyli vurğulayıb.

Konfransda, həmçinin AMEA-nın akademik-katibi akademik Arif Həşimov “Heydər Əliyev Elmlər Akademiyasının intibah dövrünün yaradıcısıdır”, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi dosent Tamilli Kərimova-Kosayeva “Müstəqillik dövründə Heydər Əliyevin Milli Akademiya quruculuğu sahəsindəki xidmətləri” və AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri dosent Sərxan Xavəri “Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında İlham Əliyev dövrü: modernləşdirmə, yeniləşmə və islahatlar mərhələsi” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbirdə AMEA-nın vitse-prezidentləri – akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova və AMEA-nın müşaviri akademik Adil Qəribov çıxış edərək Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarışındakı tarixi xidmətlərindən və Azərbaycan elminə, alimlərinə göstərdikləri qayğıdan danışıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri