Azərbaycan Milli Ensiklopediyasının 11ci cildini Ramiz Mehdiyevin oğluna məxsus olduğu bildirən ASC nəşr edəcək
Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi nəşr edilir.
Pravda.az-ın xəbərinə görə, bununla bağlı hazırlıqlara başlanılıb.
Artıq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi "Şərq-Qərb" ASC ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, ASC-yə 497 724 AZN ödəniləcək.
Qeyd: ASC-nin qanuni təmsilçisi Oqtay İskəndər oğlu Əhmədovdur. Mətbuatda yayılan məlumatlarda bildirilir ki, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna məxsusdur. Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyat küç., ev 9, m. 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş Prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır.
Cabir Həsənov
![see](https://icma.az/template/assets/see.png)