Azərbaycan Milli İncəsənət Muzeyində “Kəlağayı ənənələr, simvollar və sirlər” adlı tədbir keçirilib FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Azərbaycan Milli İncəsənət Muzeyində "Kəlağayı - ənənələr, simvollar və sirlər" adlı tədbir keçirilib.
Tədbir Xalq artisti Cəmilə Bayramovanın bədii rəhbərliyi ilə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Zirvə" rəqs ansamblının çıxışı ilə açılıb.
Professor, fəlsəfə doktoru Rəna İbrahimbəyova qədim xalq sənəti olan kələğayı haqqında mühazirə ilə çıxış edərək onun tarixi inkişafı, simvolik məzmunu və ənənəvi ornamentlərinin semantikası haqqında geniş məlumat verib.
Tədbir çərçivəsində muzeyin kolleksiyasından seçilmiş kəlağayı nümunələrindən ibarət sərgi nümayiş olunub. Zərif ipək üzərində işlənmiş naxışların rəng ahəngi və sənətkarlıq ənənələrinin incəlikləri iştirakçılara daha yaxından göstərilib.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək tədbirin yüksək mədəni dəyərini qeyd edib. Kəlağayının milli incəsənətdəki önəmli rolunu, elmi tədqiqat və belə təqdimatların unikal xalq sənətimizi daha geniş auditoriyaya çatdırmağa imkan yaratdığını vurğulayıb.
Tədbir iştirakçıların çoxsaylı sualları və mövzu ətrafında aparılan maraqlı müzakirələrlə yekunlaşıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 26 Noyabr 2025 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















