Milli İncəsənət Muzeyində “Kəlağayı ənənələr, simvollar və sirlər” adlı mühazirə təqdim olunacaq
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
25 noyabr 2025-ci il tarixində saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində "Kəlağayı - ənənələr, simvollar və sirlər" adlı mühazirə təqdim olunacaq.
Professor, fəlsəfə doktoru Rəna İbrahimbəyova tərəfindən təqdim ediləcək mühazirədə Azərbaycanın bənzərsiz sənət növlərindən olan kəlağayının tarixi inkişafı, simvolik məzmunu və ənənəvi ornamentlərinin semantikası haqqında geniş məlumat veriləcək.
Tədbir çərçivəsində muzeyin zəngin kolleksiyasına daxil olan kəlağayı nümunələrindən ibarət sərgi təşkil olunacaq. Zərif ipək üzərində işlənmiş ecazkar naxışların rəng harmoniyası, sənətkarlıq ənənələrinin incəlikləri iştirakçılara daha yaxından təqdim ediləcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 24 Noyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















