Azərbaycan Milli Konservatoriyasında Zaman onu seçdi adlı tədbir keçirilib FOTO
Icma.az bildirir, Milli.az portalına istinadən.
Azərbaycan Milli Konservatoriyasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zaman onu seçdi" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Milli Konservatoriyası və "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan Əməkdar artist, "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin sədri Ramil Qasımov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin banisi kimi mədəniyyət və incəsənət adamlarına göstərdiyi xüsusi qayğıdan, milli musiqimizin inkişafına verdiyi misilsiz töhfələrdən danışıb.
Daha sonra iştirakçılara Heydər Əliyevin "Küçələrə su səpmişəm" adlı xalq mahnısını ifa etdiyi nadir arxiv görüntüsü təqdim olunub.
Konsert proqramında Xalq artistləri Mənsum İbrahimov, Azər Zeynalov, Elçin Həşimov (tar), Əməkdar artistlər Ramil Qasımov, Emil Əfrasiyab, Elnur Əhmədov (kamança), Əməkdar müəllim Naibə Şahməmmədova, solist Fatimə Cəfərzadə, nağarada Səbuhi İsmayılovun ifasında "Küçələrə su səpmişəm", "Elegiya", "Şükriyyə", "Sənə də qalmaz", "Azərbaycan" əsərləri səsləndirilib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin mədəniyyətə verdiyi tarixi dəyərin bugün də sənət ictimaiyyəti üçün yol göstərən örnək olduğunu vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 11 Dekabr 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















