Icma.az
close
up
RU
Azərbaycan Milli Konservatoriyasında Sənət Məbədində Bir Gün adlı Mətbuat Konfransı keçirilib

Azərbaycan Milli Konservatoriyasında Sənət Məbədində Bir Gün adlı Mətbuat Konfransı keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

25 noyabr AMK-nın Bakı Zalında Azərbaycan Milli Konservatoriyasında "Nəsimi" operasının premyerası və AMK-nın milli musiqi təhsili mövzusu altında "Sənət Məbədində Bir Gün" adlı mətbuat konfransı keçirilib.

"Yeni Azərbaycan" xəbər verir ki, tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, idarə heyətinin üzvləri, kafedra müdirləri, müəllim və professorlar, həmçinin Azərbaycanın tanınmış qəzet, sayt və televiziya kanallarının əməkdaşları iştirak ediblər.

Azərbaycan Milli Konservatoriyasının milli musiqi təhsili, AMK-nın tələbələrdən ibarət xor və orkestr kollektivləri (bədii rəhbər, dosent Leyla Zalıyeva), Milli Konservatoriyada keçirilən memorandumlar, tələbə yönümlü universitet olması, digər universitetlərdən fərqi və "Nəsimi" operasının yaranması mövzularında ətraflı məlumat verilib.

Mətbuat konfransını AMK-nın mətbuat katibi Aysel Fikrət açıb. Aysel Fikrət təhsil və musiqi ocağında bu tarixin  önəmli günlərdən biri olduğunu vurğulayıb: "Azərbaycan Milli Konservatoriyasında bu gün mətbuat konfransı keçirilir. Qeyd etməliyəm ki, bizim bir çox naliyətlərimiz olub. Son bir ildə burada müxtəlif festivallar, hesabat konsertləri, tələbələrdən ibarət xor və orkestr qruplarının məşqləri keçirilir. Eyni zamanda, digər mədəniyyət ocaqları ilə əməkdaşlıq müqavilələri bağlanıb. Burada təhsil alan tələbələr artıq özlərini sənətkar kimi hiss edirlər. Bizim özəlliyimiz ondan ibarətdir ki, Azərbaycan Milli Konservatoriyası miilli musiqinin keşiyində durur".

Sonra rektor Siyavuş Kərimi, Azərbaycan milli musiqi təhsili və "Nəsimi" operası ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Konfransda Azərbaycan musiqi sənətinin inkişafı və "Nəsimi" operasının əhəmiyyəti barədə maraqlı müzakirələrlə fikir mübadiləsi aparılıb. "Nəsimi" operasının ərsəyə gəlməsı barədə danışılıb, bəstəkara operanın yaranması və uğurla təqdim olunması barədə bir çox suallar təqdim olunub.

"Nəsimi" operası haqqında sualları cavablandırarkən, sözügedən operanın 6 ay ərzində ərsəyə gətirdiyini deyən xalq artisti,  Milli Konservatoriyanın əməkdaşlarının bir anda belə onu tək qoymadığını xüsusi vurğulayıb: "Opera  adətən 2-3 ilə yazılır. Lakin mən "Nəsimi" operasını pandemiya vaxtında 6 ay müddətində bitirdim. Sonra operanın lent yazısı prosesi oldu. Bu  da müəyyən zaman apardı. Qeyd edim ki, Milli Konservatoriyanın əməkdaşları bu işdə hər zaman yanımda oldular. Açığı mən bunu opera kimi yox, film operası kimi hazırlamaq istəyirdim. Onu da qeyd edim ki, Azərbaycanda bu janra müraciət 53 il bundan öncə Fikrət Əmirovun "Sevil" operası ilə olunub. Bütün dünyada bu janr elit janr kimi etap olunur. Düşünürəm ki, "Nəsimi" operası istədiyimiz kimi alındı. Opera bitəndə tamaşaçılar yarım saat ayaq üstündə bizi alqışladılar. Bütün zal dolu idi, bu məni qürurlandırdı".

Operanın ərsəyə gəlməsində Mədəniyyət Nazirliyinin böyük dəstəyi olduğunu qeyd edən S.Kərimi səhnədə aktyor heyətinin istifadə ediləcək geyimlərinin yenidən tikilməsi üçün MN-nin göstərişi ilə maliyyə ayrıldığını bildirib: "Digər  teatrların da bu işdə böyük əməyi olub. Onlar hər bir prosesdə dost köməyini göstərdilər və tam təmənnasız şəkildə bizə lazım olan avadanlıqlar, səhnə geyimləri və s. gətirildi. Artıq MN "Nəsimi" operasında istifadə olunacaq geyimlər üçün maliyyə ayırıb və lazımi proseslər bitəndən sonra "Nəsimi" operası daha  gözəl şəkildə tamaşaçılara yenidən təqdim olunacaq".

Mətbuat konfransının sonunda Mədəniyyət Nazirliyinə, Ölkə başçısı cənab İlham Əliyevə, Elm və Təhsil Nazirliyinə təşəkkür edilib. Beləliklə, Azərbaycan Milli Konservatoriyasında baş tutan mətbuat konfransı iştirakçılarda xoş təəssürat yaradıb və öz işini uğurla başa vurub.


Havar Şəfiyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Noyabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri