Azərbaycan milliləri 46 cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Özbəkistanın Səmərqənd şəhərində 46-cı Ümumdünya Şahmat Olimpiadasına start verilir.
Moderator.az xəbər verir ki, mötəbər turnirdə Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları da mübarizə aparacaqlar.
Kişilərin yarışında ölkəni Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli təmsil edəcəklər. Qadınların mübarizəsində isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparacaqlar.
I turda kişilərdən ibarət Azərbaycan millisi Mərakeş, qadın yığması isə Qvatemala şahmatçıları ilə üz-üzə gələcək. İlk oyunda Şəhriyar Məmmədyarovla Ülviyyə Fətəliyeva istirahət edəcəklər.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq və sentyabrın 27-də başa çatacaq. Turnirdə 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Sentyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















