Azərbaycan millisi ikinci yoldaşlıq oyununda da Qazaxıstana qalib gəlib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv yenidən Qazaxıstan seçməsi ilə qarşılaşıb.
Şımkənt şəhər stadionunda təşkil olunan oyun yığmamızın minimal hesablı qələbəsi ilə bitib. Qarşılaşmada yeganə qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk matçda da Azərbaycan millisi qalib gəlmişdi. Həmin qarşılaşma 2:1 hesabı ilə başa çatmışdı.
Bu mövzuda digər xəbərlər:İslamiada: Azərbaycan millisi Qazaxıstana uduzdu
17 Noyabr 2025 16:49
525 ci qəzet Azərbaycan millisi Qazaxıstana qalib gəldi
19 Fevral 2025 16:46
Azərbaycan millisi yoldaşlıq oyununda məğlub olub
01 İyul 2025 19:00
Azərbaycan millisi yoldaşlıq oyununda Rusiya ilə qarşılaşıb
28 Noyabr 2024 22:11
Baxış sayı:89
Bu xəbər 27 Oktyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















