Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Azərbaycan millisində nəsil dəyişikliyinin vaxtı çatmışdı

Azərbaycan millisində nəsil dəyişikliyinin vaxtı çatmışdı

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan millisində nəsil dəyişikliyinin vaxtı çatmışdı"

Medianın İnkişafı Agentliyinin layihəsi

Məlum olduğu kimi, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsini 1 xalla sonuncu - 4-cü pillədə tamamladı.

Yığmamız Fernandu Santuşun rəhbərliyi altında İslandiyaya 0:5 hesabı ilə məğlub oldu, Ayxan Abbasovun baş məşqçiliyi altında isə Ukrayna ilə 1 dəfə heç-heçə etdi (1:1), 1 dəfə uduzdu (1:2), İslandiya ilə də bacarmadı (0:2), Fransaya isə hər iki görüşdə yenildi (0:3, 1:3).

Lakin milli bu görüşlərdə əvvəllər görmədiyimiz milli ruhu azarkeşlərə hiss etdirdi, inam yaratdı.

Hazırkı millimiz həqiqətən də gələcəyə ümid verirmi? Millimizin seçmə mərhələdəki çıxışına nəzər salanda hansı müsbət amillər ön plana çıxır?

Bu barədə AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik.

O, əvvəlcə vurğulayıb ki, millimiz əvvəlki matçlarla müqayisədə son oyunlarda daha istəkli çıxış edib: "Mən razılaşıram ki, Ayxan Abbasovun rəhbərliyi altında komandaya milli ruh qayıdıb. Yığmamız istəkli görünür. Santuşun baş məşqçiliyi altında ruhsuz komandanın şahidi olmuşuq. Məzmunlu bir oyun görməmişdik. Başa düşürdük ki, seçmə mərhələdə qrupumuz çətindir. Ayxan Abbasov çox çətin məqamda, çəkinmədən bu yükü üzərinə götürdü. Bir yerli mütəxəssis, azərbaycanlı, vətənini sevən insan kimi yükü çiyinlərinə aldı. Layiqincə, komanda ilə sona qədər mübarizə aparır. Bunların hamısı müsbət tərəflərdir. Amma oyun planına gəlincə, baş məşqçi də vurğulayıb ki, səbrli olmalıyıq, xeyli çalışmalıyıq. Bu, təkcə milli səviyyəsində yox, klub səviyyəsində də olmalıdır. O zaman biz istədiyimiz millini görəcəyik". 

Vaqif Sadıqov

V.Sadıqov futbolumuzun inkişafı üçün əsas olan amillərdən söz açıb: "Mən illərdir deyilən fikirlərə bir də qayıtmaq istəyirəm: Uğura gedən yol bir neçə amildən asılıdır. İlk növbədə futbolun ölkədəki möqeyidir. Bu gün futbol dünyanın əsas idman növüdür. Elə ölkəmizdə də futbola bir nömrəli idman növü kimi dəstək göstərilir. Təkcə bunu demək bəs edər ki, Premyer Liqadan Region Liqasına qədər bütün klublara dövlət tərəfindən maliyyə dəstəyi olur.

İkinci növbədə infrastruktur amilidir. Son illərdə xeyli stadion tikilib, meydançalar salınıb. Yeni strategiyada da gələcəkdə infrastrukturu daha da yaxşılaşdırmaq barədə təkliflər olacaq. Meydançalar salınacaq, stadionlar tikiləcək. Bu da bizə imkan verəcək ki, istəklərimizə nail olaq. 

Üçüncü amil ənənədir. Hərdən oxuyursan, müzakirə obyektinə çevrilir ki, azərbaycanlılar futbol oynaya bilmirlər. Elə SSRİ dövründən tutmuş, müstəqillik dövrünə qədər seçilən futbolçularımız var idi. O vaxt SSRİ yığmasına dəvət alırdılar. Müstəqillik dövrümüzdə də səviyyəcə üstün olan oyunçularımız üzə çıxmışdı. Adlar çəkmək istəmirəm. Amma xeyli futbolçu var idi. Bunlar önəmlidir. Bizdə futbol ənənəsi, bacarığı var.

Sonuncu amil isə keyfiyyətli futbolçuların çoxluğudur. Heyf ki, bu məqamda hazırda böhran keçiririk. Azərbaycan futbolu indiki halda kasad heyətə malikdir. Dövlətin futbola qayğısını, infrastrukturun yaxşılaşdırılmasını, strategiya planını, ənənəmizin olduğunu nəzərə alaraq, inanıram ki, tezliklə yeni-yeni səviyyəli, keyfiyyətli simaların şahid olacaq. İndi Ayxan Abbasovla tamamilə razılaşıram. Səbrli, təmkinli, seçdiyimiz yolda iradəli olmalıyıq". 

Mütəxəssis sonda milliyə gənc, yeni futbolçuların dəvət almasından və debüt etməsindən danışıb: "Ayxan Abbasov milliyə təyin olunanda artıq nəsil dəyişikliyinin vaxtı gəlmişdi. Artıq müəyyən futbolçular öz yerlərini gənclərə təhvil verməlidirlər. Ayxan Abbasov da milliyə yeni adları cəlb etməklə gələcəkdə rəqabətə davamlı komandalar yaratmaq istəyir. Bunu müsbət qarşılayıram. Həmin uşaqların debütləri çox uğurlu alındı. Abdulla Xaybullayev, Rüfət Abdullazadə, Mustafa Əhmədzadə, Rüfət Abbasov öz oyunları ilə təsdiq etdilər ki, baş məşqçi düzgün qərar verib. Gələcəkdə də bu futbolçulara yola çıxmaq mümkün olacaq. Onların hər birinə uğurlar arzulayıram. Düzdür, millidə pasporta, yaşa yox, gücə baxmaq lazımdır. Amma hiss olunurdu ki, bu gənclər hazırkı zamanda millinin gücünə güc qatacaqlar. Biz yalnız bu mərhələni təhlil etməməliyik. Gələcəyə inamla baxmaq üçün iş görməliyik. Keyfiyyətli və səviyyəli futbolçuların qıtlığı hiss olunur. Bu yöndə görülən işlər çox vacibdir. Ayxan Abbasov da göstərdi ki, milliyə yeni futbolçular dəvət edərək gələcəyə inamla baxa bilərik". 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Noyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri